“Bakı Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır”
Tarix: 25.04.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Gənclər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər qurmaq istiqamətində gənclərin fikir və düşüncələrini, təkliflərini eşitmək üçün müzakirələr aparırıq. Bu mühüm platformaya şərait yaratdığına görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm. Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Alyansın VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən söyləyib.Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən və onun nəticələrinin müsbət olacağına əminliyini bildirən Nasir Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addım olduğunu vurğulayıb. Qeyd edib ki, Gənclər Forumu mədəniyyətlərarası dialoq, təhsil, əməkdaşlıq və s. kimi konkret hədəflərə istiqamətlənib.“Biz inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilmərik. Biz məhz gənclərin düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində dünyanı daha yaxşı məkana çevirə bilərik”, - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info