Qaqik Cangiryan:“Azərbaycan silahlanmaya böyük vəsait sərf edib, ona görə də özünü güclü hiss edir”
Tarix: 26.04.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər




Azərbaycan Qarabağ problemini güc metodu ilə həll etməkdən vaz keçməyəcək. Bu fikirləri “Ermənistanın “Birinci informasiya” media qurumuna açıqlamasında erməni deputat, parlamentdəki “Erməni Milli Koqresi” fraksiyasının üzvü Qaqik Cangiryan deyib. O bildirib ki, Azərbaycan bir neçə il ərzində orduya və silahlanmaya böyük vəsaitlər sərf edib və indi özünü güclü sayır: “Buna görə də Azərbaycan indi problemi güc yolu ilə həll etməyə çalışır”. Azərbaycanın Kazan sənədlərini təsdiqləyib-təsdiqləməyəcəyi ilə bağlı suala cavab verən Cangiryan bildirib: “Mən Qarabağ probleminin ədalətli həllinə tərəfdaram. Arsaxda(Qarabağda – İ.A.) ermənilər
Yüz illərlə yaşayıblar, onlar bundan sonra da yüz və min illərlə orada yaşama imkanına sahib olmalıdırlar. Mən məsələnin həllini bunda görürəm”. Onun fikrincə, qalan məsələlər hakimiyyətlərin danışığından asılı olacaq. Onun fikrincə, hazırda qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmaması onu danışıqlar prosesindən kənarda saxlayıb: “Bu məsələyə ən son məqamda yanaşmaq lazımdır”. Erməni deputatın fikrincə, erməni hakimiyyətinin birinci prezidentin məsləhətini dinləyib, nə dərəcədə xalqa üzünü döndərəcəyini zaman göstərər: “Bu, bir gündə olan iş deyil. Yalnız istefalarla heç nə əldə etmək olmaz – konkret addımlar atmaq lazımdır. İnsanları qarət ediblər, qapıblar, indi isə istefaya gediblər və bununla da hər şey bitir?”

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info