Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Tarix: 26.04.2016 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin 18 nəfərdən ibarət heyəti Azərbaycana akademik səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaq heyətin tərkibinə Milli Müdafiə Universitetinin “Milli Təhlükəsizlik və Müharibə kursu”nda təhsil alan Pakistan Silahlı Qüvvələrinin və dövlət qurumlarının, o cümlədən Oman, Bruney və Nigeriya Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.Səfərin əsas məqsədi ölkəmizin tarixi və mədəniyyəti ilə tanışlıqdan, Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik, iqtisadi, daxili və xarici siyasəti, müstəqillik illərində üzləşdiyi problemlər və əldə etdiyi nailiyyətlər barədə geniş məlumat əldə etməkdən ibarətdir.Aprelin 25-də qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib. Onlar Hərbi Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev tərəfindən qarşılanıb və rəhbərlər arasında ikitərəfli görüş keçirilib.Daha sonra Silahlı Qüvvələrimiz, onun Hərbi Akademiyası və aprel ayının əvvələrində qoşunların təmas xəttində baş vermiş hadisələr barədə qonaqlara ətraflı məlumat verilib.Səfər çərçivəsində nümayəndə heyətinin aprelin 25-dən 28-dək bir sıra nazirliklərdə, dövlət xidmətlərində, agentlik və universitetlərdə görüşləri planlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info