Kor insanlar dünya işığına möhtac qalmayacaq
Tarix: 01.03.2013 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Görmə qabiliyyətləri zəif və ya kor olan insanların dünya işığına möhtac qalmalarına son qoyula bilər.
Onlar da hamımız kimi görmək, gördüklərinə sevinmək və ya qəmlənmək imkanlarını əldə edəcəklər. Hər halda amerikalı alimlər bunu israrla iddia edirlər.
Milli.Az “Mail Online”a istinadən bildirir ki, ABŞ-dakı Tafts Universitetinin professorları Duqlas Blekison və Maykl Levin apardıqları araşdırmanı başa vurublar.
Onlar laboratoriyada Xenopus laevis qurbağasının çömçəquyruqları üzərində sınaqlar aparıblar.
Blekison-Levin sınaqlarının nəticələrinə görə, çömçəquyruğa implantasiya edilən göz onun quyruğunda olsa belə, həmin məxluq asanlıqla görür.
“Journal of Experimental Biology”nin məlumatına görə, alimlər bir çömçəquyruğun gözlərini başqa çömçəquyruğa köçürüblər. Daha sonra eksperiment təkrarlanıb və hər əməliyyatla göz çömçəquyruğun başından daha da uzaqlaşdırılıb.
Sonda transplant göz çömçəquyruğun quyruğunda "bərqərar" olub. "Bəlli oldu ki, implantasiya edilmiş göz ətrafındakı toxumalara akson verəndə həmin maddə ya mədəyə, ya da onurğa beyninə istiqamətlənib. Göz mədə ilə əlaqə yaradanda faydasız qalıb. Lakin aksonlar onurğa beyninə çatanda göz görməyə başlayıb, beyin və əzələlərə siqnallarla informasiya verib"-deyə Levin qeyd edib.
Bu minvalla alimlər əsəb sisteminin orqanlar arasındakı əlaqəsinin bədən arxitekturası vasitəsilə sərt tənzimlənmədiyini sübut edib.
Eyni zamanda yeni kəşf görmə qabiliyyəti zəif olan insanlarla yanaşı, tam kor olmuş şəxslərin gözlərini dünya nuruna aça bilər.
İlkin nəticələrə görə, insan gözündəki aksonların beyinlə əlaqəsinin qaydaya salınması nəticəsində görmə qabiliyyəti zəif və ya çox zəif olan insanların optik sinirləri qaydaya düşməyə başlayır. Daha sonra isə beyin və onurğa beyninə yollanan aksonlar əvvəl qırmızı, daha sonra isə mavi rəngin vizualizasiyasını təmin edir və göz görməyə başlayır.
Sonrakı mərhələdə isə qara və ağ rənglərin göz bülluru vasitəsilə optik "qəbul"u tədricən normallaşır.
Belə əməliyyatda gözdə hər hansı cərrahiyyə əməliyyatına, yaxud da görmə qabiliyyətinin bərpası üçün göz-sinir yollarının elektrik təşviqinə ehtiyac qalmır.





 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info