Erməni nazirin Helsinkidəki iftiralı çıxışı etirazla qarşılandı
Tarix: 04.05.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Finlandiyaya səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Helsinki Universitetinin Aleksanteri İnstitutunda “Dağlıq Qarabağ münaqişəsi: Son hadisələr” mövzusunda mühazirə ilə çıxış edib.Azərbaycana qarşı iftiralar və tarixi saxtakarlıqlarla dolu çıxış etməyə üstünlük verən erməni nazir Finlandiya ictimaiyyətinə açıq yalan danışmaqdan belə çəkinməyib. Azərbaycanı etnik təmizləmə, qətliam və hərbi təcavüzdə ittiham edən E.Nalbandyan münaqişənin yaranmasında və həll olunmamasında günahın Azərbaycan tərəfində olduğunu dilə gətirib və “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayıb, bu torpaqlar o vaxt Stalin tərəfindən Sovet Azərbaycanına birləşdirilib”, - deyə bildirib.Sonra E.Nalbandyan son vaxtlar təmas xəttində baş verən qarşıdurma ilə bağlı Azərbaycanı ittiham edərək bu hadisələrin yüzlərlə insanın ölümünə gətirib çıxartdığını qeyd edib. O, 4 günlük müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı müstəsna şiddətli güc nümayiş etdirdiyini qeyd edərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya Dağlıq Qarabağdakı kəndlərdən birində 92 yaşlı qadın da daxil olmaqla, yaşlı qadının qulaqları kəsilərək öldürüldüyünü, erməni silahlı qüvvələrinin 3 əsgərinin başının kəsildiyini, eyni zamanda, erməni əsgərlərinin cəsədlərinə qarşı vəhşiliklərin törədildiyini bildirib.Azərbaycanın böyük sayda silahlar almasından və onu erməni tərəfinə qarşı istifadə etməsindən beynəlxalq ictimaiyyətə car çəkən erməni nazir ölkəsinin bu silahların istifadəsi nəticəsində üzləşdiyi ağır fəsadlardan da danışıb və dünya ictimaiyyətini Azərbaycanın təcavüzkar siyasətinin qarşısını almağa çağırıb.Nalbandyanın yalan, iftira dolu bu çıxışı tədbirdə iştirak edən Azərbaycan diaspor nümayəndələrinin kəskin reaksiyası ilə qarşılaşıb. Diaspor üzvü Fərid Zülfüqarov çıxış edərək Nalbandyanın işlətdiyi Dağlıq Qarabağın sovetlər dönəmində Azərbaycana verilməsi ilə bağlı ifadənin tamamilə yanlış fikir olduğunu vurğulayıb. O bildirib ki, hələ 1918-ci ildə Qafqaz ölkələri öz müstəqilliklərini əldə edərkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsində olub. Nalbandyanın səsləndirdiyi “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ” əslində Dağlıq Qarabağın işğalından başqa bir şey deyil və bu işğal faktı BMT və Avropa Parlamentinin müvafiq qətnamələri ilə tanınır. Diaspor üzvü Ermənistanın paradoksal bəyanatlar səsləndirməsini, bir tərəfdən münaqişəni sülh yolu ilə həll etmək istədiklərini, digər tərəfdən isə Serj Sarkisyanın Bloomberg-ə verdiyi müsahibəsinə istinad edərək danışıqlar prosesindən çəkilməsini necə qiymətləndirdiyini və əgər Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlıdırsa, niyə bu ölkənin rəhbərliyi həmişə Minsk qrupunun, digər dövlətlərin və beynəlxalq qurumlarım təklif etdiyi həll yollarından imtina etdiyini soruşub.F.Zülfüqarovun azərbaycanlı tələbə olduğunu bildikdən sonra E.Nalbandyan sualdan yayınaraq dünyanın müxtəlif yerlərində keçirdiyi mühazirələrdə Azərbaycan səfirlikləri tərəfindən hazırlanmış bu şəkildə “mənasız” suallarla qarşılaşdığını dilə gətirib.Sonra Aalto Universitetinin tədqiqatçısı Karhan Özdenkçi Xocalı soyqırımını xatırladaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox insanın, uşaqların, qadınların, qocaların qətlə yetirilməsinə açıqlama verilməsini, o cümlədən Ermine Nagdalyanın Ermənistan parlamentində söylədiyi “Dağlıq Qarabağ Ermənistana aid deyil və Ermənistan silahlı qüvvələri oranı tərk etməlidir” fikrinə münasibət bildirilməsini istəyib.Suala cavab verən E.Nalbandyan azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının belə Azərbaycan tərəfindən həyata keçirildiyini, Ermine Nagdalyanın fikirlərinin isə təhrif olunduğunu söyləməkdən çəkinməyib. Tədbir iştirakçıları tərəfindən münaqişə ilə bağlı bir sıra digər sualları cavablandıran Nalbandyan utanmadan Azərbaycan tərəfindən təcavüzkar siyasətin həyata keçirildiyini və bunun regionun təhlükəsizliyi üçün hədə olduğunu deyib.
Tural





 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Erməni hakimiyyəti altındakı yeni bir “bomba”
19.10.2018
“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
19.10.2018
Rusiya telekanalında Azərbaycan haqqında süjet göstərilib
18.10.2018
Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
18.10.2018
Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


22.10 10:11
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info