Rejimin özbaşınalığı və iqtisadi çətinlikdən bezən ermənilərin Rusiyaya yeni köç dalğası baslayıb
Müstəqilliyi formal xarakter daşıyan Ermənistanın xarici maliyyə qurumlarından, eyni zamanda borc aldığı dövlətlərdən asılılğı günü-gündən artmaqdadır.
Ölkədə hökm edən inhisarçılıq, monopoliya yerli xalqı zəlil günə qoyub. Qeyd etmək yerinə düşər ki, xaricdən alınan borcların böyük əksəriyyəti korrupsiyaya qurşanmış dövlət məmurları tərəfindən mənimsənilir. Sadə erməni əhalisi isə çıxış yolunu xaricə, son zamanlar daha çox Rusiyaya getməkdə görürlər. Bunun qarşısını hər vəchlə almağa çalışan Ermənistan rəhbərliyi ölkə iqtisadiyyatında yaranmış tənəzzülü aradan qaldırmağa çalışmaq əvəzinə, xaricdən aldığı borclar hesabına vəziyyətdən çıxmağa çalışır. Ermənistanın “Aysor” nəşrinin məlumatına görə, ölkənin bu ilin martına qədər olan xarici borcu 4 milyard 405 milyon təşkil edib. Müqayisə üçün bildirək ki, bu borc fevral ayı ilə müqayisədə 63 milyon dollar artıb. Belə ki, fevralın sonu üçün ölkənin xarici borcu 4 milyard 342 milyon təşkil edirdi. Bu fakt Ermənistan Milli Statistika Xidmətinin məlumatında da təsdiqini tapır. Xatırladaq ki, Ermənistan Mərkəzi Bankının borcu 487 milyon dollardır. Belə görünür ki, hazırda Ermənistanda “kim başını saxlaya bilir saxlasın” prinsipi hökm sürür. Ermənistanın “Joxovurd” nəşrində verilən başqa bir məlumata görə, “Eyr Armeniya” aviaşirkəti ölkə banklarının birindən götürdüyü krediti ödəyə bilmədiyi üçün öz ofisini banka vermək məcburiyyətində qalıb. Şirkət rəsmiləri artıq yeni ofis axtarışına başlayıb. Aviaşirkətin konkret olaraq reysləri nə vaxt bərpa edəcəyi sual altındadır.
Ağasəf Babayev
|