“Bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”
Tarix: 11.05.2016 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


“Danışıqlar prosesində uğur əldə edilməsi proses hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür”. 
“Regnum.ru” saytının verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceysm Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib. O bildirib ki, tez bir zamanda danışıqların başlanacağına ümid edir: “Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həlllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”. 
C. Uorlik qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli  tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. Diplomatın sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir: “Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq. Hazırki mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”. 
Xatırladaq ki, Ermənistan danışıqları davam etdirmək üçün bəzi şərtlər irəli sürmüşdü.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
18.10.2018
Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb
17.10.2018
“OSA” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
17.10.2018
Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info