“Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırıb”
Tarix: 12.05.2016 | Saat: 12:19:00 | E-mail | Çapa göndər
“Ermənistan beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymur”. Azərbaycan XİN-dən verilən məlumata görə, bunu Xarici işlər naziri E.Məmmədyarov Almaniyaya işgüzar səfəri çərçivəsində Alman Xarici Siyasət Cəmiyyətində Azərbaycanın xarici siyasətinə dair etdiyi məruzəsində deyib.Məlumatda bildirilir ki, nazir E.Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində "Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları" başlıqlı geniş məruzə ilə çıxış edib.Nazir E.Məmmədyarov çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verib.Nazir E.Məmmədyarov beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. Nazir son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb.
Sonra nazir E.Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
Qrant uğrunda mübarizə
22.05.2018
Müdafiə Nazirliyi təkzib edir
22.05.2018
AXC xalqımızın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşardır
22.05.2018
Aleksandr Vuçiç Bakıda Nikola Teslanın abidəsini ziyarət edib
22.05.2018
Qay Rayder: “Azərbaycan sosial sahəylə bağlı uğurlu təcrübəsini digər ölkələrlə bölüşdürməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9296

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info