IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edilib
Tarix: 13.05.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Oyunlarda 5 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq

Dünən Bakıda təşkil olunacaq Dördüncü İslam Həmrəylik Oyunlarına hazırlığı qiymətləndirmək məqsədilə İslam Həmrəylik İdman Federasiyasının (İHİF) Əlaqələndirmə Komissiyasının rəhbər işçilərinin toplantısı keçirilib.
İHİF-in birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Malboumun sədrliyi ilə keçirilən iclasda Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi (AİOƏK) tərəfindən hazırlanan bir sıra təqdimatlar izlənilib. Tədbir zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı ətraflı məlumat verilib. Hamad Kalkaba Malboum deyib: “Azərbaycan idman dünyasında zəngin irsə malik ölkədir. Əminik ki, IV İslam Həmrəylik Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli möhtəşəm tədbir təşkil edəcək. Bakıya yenidən qayıtmağımızdan və hazırlıq prosesində mühüm irəliləyişlərdən məmnun olduq. Təşkilat Komitəsinin Oyunlara hazırlıq prosesindəki yüksək əhvali-ruhiyyəsi bizi çox sevindirir. Oyunlara bir il qalmasının qeyd edilməsini səbirsizliklə gözləyirik”. Gənclər və idman naziri, AİOƏK-nın baş icraçı direktoru Azad Rəhmiov Bakıda Əlaqələndirmə Komissiyasının iclasının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu, bizə sonuncu görüşdən keçən dövr ərzində gördüyümüz işlərin yekununa bir daha nəzər salmağa və qarşıda duran planların icrasını müzakirə etməyə imkan yaradır. On iki gün ərzində keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 5 mindən çox atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. Azərbaycanın böyük idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini nəzərə alsaq, bu Oyunlarla əlaqədar ölkəmizə təşrif buyuracaq nümayəndələrin də buradan xoş təəssüratlarla ayrılacağına əminik”. Nazir deyib ki, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar heç bir yeni idman arenası inşa olunmayacaq. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı 16 idman qurğusundan istifadə olunacaq: “I Avropa Oyunları zamanı istifadə olunmayan “Sərhədçi” kompleksindən, Tennis Akademiyasından, Şüvəlandakı ağır atletika mərkəzindən, “Dalğa” və “Bakcell Arena” stadionlarından IV İslam Həmrəyliyi Oyunları zamanı istifadə olunacaq”. Nazir qeyd edib ki, oyunlara 8 minə yaxın könüllü cəlb olunacaq. Tədbirdə 12-22 may 2017-ci il tarixində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosunun və Oyunların brendinin təqdimat mərasimi keçirilib. Bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo islam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirib. Qeyd olunub ki, “Yeni Bakı 2017” brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib. Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info