Jalə Piriyeva Marina Durundanı üstələyərək Azərbaycan çempionu olub
Tarix: 17.05.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Bədii gimnastika üzrə yığma komandamızın üzvü Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq Azərbaycan çempionu titulunu qazanıb. Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan J.Priyeva çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görülüb. M.Durunda 72.900 xalla yarışın gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medalına sahib olub.
Yarışların ilk günündə, həmçinin gənclər öz aralarında çoxnövçülükdə mükafatçıları müəyyən ediblər. Zöhrə Ağamirova rəqiblərini qabaqlayaraq qalib, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü olublar. Bədii gimnastika üzrə yarışlarla yanaşı keçirilən batut və tamblinq üzrə ölkə birinciliyi və Bakı çempionatının müəyyən yaş qrupları üzrə artıq qalibləri bəlli olub. Tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırılıblar. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınlar arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar. Batut gimnastikası üzrə yarışlarda isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. Böyüklərin yarışında yığma komandanın lideri İlya Qrişunin bu il də Azərbaycan çempionu titulunu qazanıb. Onun komanda yoldaşları Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info