İran Azərbaycanda müştərək müəssisələr yaratmaq istəyir
Tarix: 17.05.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Dünən Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsinin müxtəlif sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub. İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə görüşdə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın İranla ənənəvi olaraq iqtisadi, siyasi, humanitar və digər sahələrdə geniş əlaqələrə malik olduğunu vurğulayıb, bu əlaqələrin daha da genişləndirməyin vacibliyini qeyd edib.
H.Əsədov nəzərə çatdırıb ki, İran, həmçinin aqrar sektorun inkişafı istiqamətində də böyük təcrübə toplayıb və ölkə əhalinin ərzaq məhsulları ilə tələbatını tam olaraq ödəyir. Bu baxımdan Azərbaycanın bu sahədə qonşu ölkə ilə təcrübə mübadiləsi və aqrar sektorda işlərin təşkili ilə əlaqədar müzakirələr aparmaq zəruridir. İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti deyib ki, Azərbaycan Cənubi Qafqazda çox önəmli bir dövlət olduğundan, eləcə də əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, İranın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı xüsusi önəm daşıyır. Nazir qeyd edib ki, Azərbaycanla artıq baytarlıq sahəsində sənəd imzalanıb, digər sahələrdə də müvafiq sənədlər imzalanacaq. Onun sözlərinə görə, əkinçilik İranın kənd təsərrüfatının əsas sahələrindən biridir. Hazırda İran zəfəran kimi kənd təsərrüfatı bitkisinin iri istehsalçı ölkələri sırasında aparıcı yer tutur. Ümumilikdə əkin sahələri İran ərazisinin 10,5 faizini təşkil edir. Kənd təsərrüfatının digər əhəmiyyətli sahəsi isə heyvandarlıqdır. Heyvandarlıq ölkənin kənd təsərrüfatı məhsullarının 37 faizi həcmindədir. Ölkədə suvarma ənənəvi (yeraltı kanallar, kəhrizlər) və müasir irriqasiya metodları ilə aparılır. Ötən il 2 milyon hektardan çox ərazidə yeni suvarma sistemləri tətbiq edilib. Buraya daha 4 milyon hektar torpaq sahəsinin əlavə edilməsi nəzərə tutulub. Nəzərə çatdırılıb ki, İranda sahələrin suvarılması istiqamətində müəyyən su çatışmazlığı olduğundan sudan səmərəli istifadə edilir. Belə ki, fermer və kəndlilər tərəvəz, göyərti və toxumları əsasən istixanalarda yetişdirirlər. M.Höccəti deyib ki, İran Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı müştərək müəssisələr yaratmaq niyyətindədir. Onun fikrincə, ölkələr arasında belə səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək. İran Rusiya, Qazaxıstan və Braziliyada bu sahədə artıq əməkdaşlıq əlaqələri qurub. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə dünən Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edib. Nazir Heydər Əsədov Azərbaycan və İran arasında siyasi, iqtisadi humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü biznes-forumda 80-dən çox şirkət iştirak edir. Bu da aqrar sahəyə olan marağın göstəricisidir. İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti bildirib ki, hər iki ölkənin kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük potensial mövcuddur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info