İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
Tarix: 17.05.2016 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev mayın 16-da Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə etdi. Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxundu.ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirdi. Qeyd etdi ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün təşkilinə görə Amerika Birləşmiş Ştatlarının dövlət katibinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğuladı.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
19.09.2020
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi
19.09.2020
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
19.09.2020
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
19.09.2020
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info