Naxçıvanda keçirilən “BMT Modeli” konfransı başa çatıb
Tarix: 17.05.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində keçirilən “BMT Modeli” konfransı öz işini başa çatdırıb.AZƏRTAC xəbər verir ki, üç gün davam edən konfrans Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb. Layihənin əsas məqsədi ölkədə BMT Modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır.Konfransda BMT Baş Assambleyasının işi “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda simulyasiya edilib. Tədbirdə Azərbaycanın müxtəlif ali məktəblərinin, o cümlədən Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin tələbələri iştirak ediblər.Tələbələr BMT-nin üzvü olan müxtəlif dövlətlərin təmsilçisi qismində çıxış edərək həmin ölkənin təhsillə bağlı mövqeyini ortaya qoyublar, digər ölkələrin təmsilçiləri ilə fikir mübadiləsi, müzakirələr aparıblar. Təhsil strategiyası və siyasi maraqları üst-üstə düşən ölkələr koalisiya halında birləşiblər. Müxtəlif koalisiyaların təklifləri gözdən keçirilib, sonda tələbələr tərəfindən hazırlanan, BMT-nin Baş Assambleyasına təqdim oluna biləcək sənəd, ümumi qətnamə qəbul olunub.Konfransın yekun tədbirində çıxış edən simulyasiyanın sədri Azər Abasəliyev vurğulayıb ki, Naxçıvanda keçirilən bu konfrans ilə ölkə miqyasında ən böyük “BMT Modeli” konfransı olan Milli MUN konfransının ənənəsi qoyulub.Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Röya Səfərova konfransın tələbələrə diplomatiya və beynəlxalq münasibətlər sahəsində yeni bilik və bacarıq aşılamaq, ingilis dili biliklərini, siyasi təfəkkürlərini inkişaf etdirmək baxımından əhəmiyyətindən danışıb.Sonra konfransın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, iştirakçılara sertifikatlar verilib.Sonda “Ən yaxşı mövqe sənədi”, “Ən yaxşı debatçı”, “Ən yaxşı debütant” və “Ən yaxşı nümayəndə” nominasiyalarının qalibləri elan olunub, onlara xüsusi sertifikatlar təqdm edilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Muxtar respublikada 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info