Ventilyatorların yay qrafikinin tətbiqinə başlanıldı
Tarix: 17.05.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Mayın 15-dən Bakı metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb. Metropolitendən verilən məlumata görə, qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur. Qeyd edək ki, «Bakı Metropoliteni» QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə yeni ölçü cihazları alınıb və müvafiq iş planı hazırlanıb.
Monitorinq zamanı stansiya və tunellərdə oksigen və karbon qazının miqdarı, rütubət, hava kütləsinin axın istiqamətləri və sürəti, ventilyatorların işçi vəziyyəti öyrənilərək təhlil edilib. Ölçmələr hər stansiyanın 15-dək nöqtəsində aparılıb. Bura keçidlər, vestibüllər, avtomat buraxılış-nəzarət məntəqələri, eskalatorların və pilləkənlərin giriş və çıxış sahələri, stansiyalarda ventilyatorların yerləşdiyi əraziyə ən yaxın və ən uzaq nöqtələr və s. daxil idi.
Ventilyatorların işçi vəziyyəti və optimal gücü ilə bağlı vəziyyət öyrənilib. Təbii havalandırma ilə bağlı müşahidələr aparılıb. Hərəkət zamanı qatarların yaratdığı hava kütləsinin təsiri, həmçinin stansiyaların giriş və çıxışlarında hava axınının vəziyyətinin təhlili, yer təbəqəsinin sərinləşdirici xüsusiyyətləri, xəzri və gilavar küləklərinin təsiri və istiqaməti öyrənilib. Gecə növbəsində stansiya və tunellərdə çalışan işçilər arasında aparılan sorğular da nəzərə alınıb.
Yekunda təsdiq edilmiş yay mövsümünün hər iki qrafiki (hava hərarətinin 35º C-yə qədər olan həddi və 35º C-dən yuxarı göstəricilər üçün) elektrik enerjisində, ventilyasiya avadanlıqlarının istismarında qənaətə imkan verəcək. O, əməyin təşkilində faydalı iş əmsalının artırılmasına, ən vacibi, sərnişinlərə xidmət səviyyəsinin xeyli yüksəldilməsinə əsaslı təsir edəcək.
Yeni qrafik daimi işçi nəzarətin gücləndirilməsini də nəzərdə tutur. Hər gün stansiyalarda monitorinq aparan mikroiqlim laboratoriyasının məlumatı əsasında qrafikin tənzimlənməsini sanitar dispetçer mərkəzi yerinə yetirəcək.
Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.
Metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin mənəvi cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir. Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır. Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib. Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info