“Gələcəyə inamla addımla!” layihəsinin icrasına başlanılıb
Tarix: 17.05.2016 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə inamla addımla!” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin cəmiyyətə sosial adaptasiyasına dəstək olmaqla, onları maarifləndirməkdən ibarətdir.
Layihə çərçivəsində internat məktəblərini, uşaq evlərini və cəzaçəkmə məntəqələrini tərk etmiş yeniyetmə və gənclərin ehtiyacları müəyyən ediləcək və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihəninin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcək. Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçiriləcəkdir və 90 gənci əhatə edəcək. Təlimlərdə müəssisələri tərk etmiş gənclərə öz sosial problemlərinin həlli üçün müvafiq orqanlara müraciət mexanizmləri və qanunvericilikdə nəzərdə tutulmuş müddəalar izah olunacaq. Həmçinin gənclərə peşə təhsili alma, iş axtarmaq, şəxsiyyəti təsdiq edən sənədlərin alınması, yaşayış yeri ilə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alınması, valideynlərindən onlara qalan miraslardan istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar veriləcək. Layihəyə aid maarifləndirici məlumat kitabcalar, cib təqvimləri cap ediləcək.
Layihə çərçivəsində yerli dövlət, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabat tərtib ediləcək. Sorğular zamanı internat məktəblərini, cəzaçəkmə məntəqələrini və uşaq evlərini tərk edən yeniyetmə və gənclərin problemləri ilə bağlı hazırlanmış təklifləri dövlət qurumlarına təqdim ediləcək. Müəssisələri tərk edən gənclərin sosial problemlərinin həll olunması üçün dövlət orqanları və biznes qurumları ilə əməkdaşlıq ediləcək.


Qorqud






































 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info