Ödənişli ixtisaslara qəbul yeni qaydalar əsasında aparılacaq
Tarix: 17.05.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycanda 2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya deyib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən, Nazirlər Kabineti 2015-2016-ci illərdə mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Yeni qəbul və yerləşdirmə mexanizmi hər bir ali təhsil müəssisəsinə onun potensial imkanları (tədris bazası, professor-müəllim heyəti və s.) çərçivəsində mütəxəssis hazırlığı aparmasına dəstək verməlidir. Bundan əlavə, yalnız minimal müsabiqə şərtlərini ödəyən abituriyentlər müsabiqə yolu ilə ali təhsil müəssisəsinin potensial imkanları çərçivəsində müəyyənləşdirilən say nəzərə alınmaqla qəbul olunmalıdır ki, yeni mexanizm təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarmasın. N. Əliyev qeyd edib ki, bu dəyişiklik cəmiyyətdə səhv başa düşülür: “Elə başa düşülür ki, ödənişli plan ləğv olunubsa, artıq ali məktəblərdə ödənişli təhsil yoxdur. Amma bu, belə deyil. Sadəcə, qəbul planının adı dəyişib. İndiyədək ali təhsil müəssisələrinin ödənişli təhsilə qəbul planını Nazirlər Kabineti verirdi. Bundan sonra ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə qəbul planını özləri müəyyənləşdiriləcək. Məsələn, hər  ali məktəb müəyyən edəcək ki, nə qədər ödənişli təhsil üzrə kadr hazırlaya biləcək. Həmin təhsil müəssisəsinin imkanlarına görə onlara ödənişli yerlər veriləcək. Ali məktəblərdə ödənişli təhsil yenə də olacaq, sadəcə mexanizm dəyişib”.
TQDK rəsmisi qeyd edib ki, ödənişli yerlərə qəbul üçün müsabiqə vəziyyəti olduğu kimi qalacaq. “Məsələn, ali məktəblərin ödənişli ixtisaslara 100 nəfəri qəbul etmək imkanı olsa da, yalnız 200 bal müsabiqə vəziyyətini toplayanlar ora qəbul oluna biləcək. 200 baldan yuxarı nəticə göstərən 70 nəfər olubsa, 100 yerə yalnız həmin abituriyentlər qəbul olunacaq, qalan yerlər isə boş qalacaq”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info