Misir Azərbaycanla turizm sahəsində səmərəli əməkdaşlığa maraq göstərir
Tarix: 17.05.2016 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dollar olacaq. Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər.Bu fikirləri ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının təmsil olunduğu nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbərliyi ilə görüşləri zamanı səsləndiriblər.BAMF-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə Misirin Turizm İdarəsinin rəhbəri Əhməd Şokri, idarənin Praqadakı rəsmi nümayəndəsi Məhəmməd Desuki, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami iştirak ediblər.Qonaqları salamlayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. Misirin dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanındığını xüsusi qeyd edən U.Mirzəyev bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinin Azərbaycan, o cümlədən ölkənin aparıcı vətəndaş cəmiyyəti təmsilçisi olaraq BAMF üçün də faydalı ola biləcəyini bildirib. Fond sədri qonaqlara Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etdiyi “Avrasiya Gündəliyi” (Eurasiya Diary) analitik informasiya portalı haqqında geniş məlumat verib.Misirdə turizm sənayesinin ölkə iqtisadiyyatının prioritet istiqamətlərdən olduğunu vurğulayan Əhməd Şokri son illər bu sahədə böyük irəliləyişlərə nail olunduğunu qeyd edib. Qonaqlar bildiriblər ki, səfər çərçivəsində rəsmi nümayəndə heyəti ilə yanaşı, Misirin 13 aparıcı turoperatoru da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün Bakıya gəliblər.Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info