Belçikada 4 həftəlik tətil problemlər yaradıb
Tarix: 17.05.2016 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Brüsseldə və Belçikanın Valloniya regionunda kadr çatışmazlığı probleminin həlli tələbi ilə həbsxana nəzarətçilərinin keçirdiyi tətil ardıcıl olaraq 4-cü həftədir ki, davam edir.“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, həbsxana personalının tətili nəticəsində dustaqlar hamam, gəzinti və telefon zənglərindən məhrum olub.Bir qədər əvvəl həmkarlar ittifaqları ədliyyə naziri Kun Hensin krallıq ərazisində həbsxanaların həddən artıq yüklənməsi probleminin həlli üçün 3 yeni penitensiar müəssisənin açılması barədə irəli sürdüyü yeni güzəştli şərtləri rədd edib. Həbsxana nəzarətçiləri isə öz növbələrində təqaüd yaşının artırılmamasını və növbədənkənar növbətçiliyin sayının çoxalmasına səbəb olan kadr çatışmazlığı probleminin həllini tələb edirlər.Hökumətin tətillə əlaqədar təhlükəsizliyin təmin olunması üçün penitensiar müəssisələrə müvəqqəti olaraq hərbçiləri göndərmək qərarına gəldiyi bildirilir. Buna qədər isə həbsxana nəzarətçilərinin funksiyalarını yerinə yetirmək üçün polis müstəntiqləri və yol polisi əməkdaşlarının köməyindən istifadə olunurdu.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır
25.09.2020
“TRT World“ Ermənistan-Azərbaycan münaqişəsi haqqında film yaydı
25.09.2020
“Lufthansa“ mindən çox pilotu ixtisar edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info