“Azərbaycan və İran bank sektorunda mövcud olan problemləri həll edəcək“
Tarix: 17.05.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Tehranda səfərdə olan Azərbaycan Mərkəzi Bankının sədriElman Rüstəmov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb. 
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M. Vaezi bildirib ki, bank sektorunda əlaqələrin genişləndirilməsi ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. 
"Hər iki ölkənin bankları həm dövlət, həm də özəl sektora güzəştə getməlidir ki, bu da öz növbəsində ticarət dövriyyəsinin artmasına səbəb olacaq", - deyə M. Vaezi qeyd edib. 
E. Rüstəmov isə deyib ki, İran və Azərbaycan arasında bank sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə müvafiq komitə yaradılıb. "Komitənin həmsədrləri hər iki ölkənin Mərkəzi Bank sədrlərinin müavinləridir. Bu komitə iki ölkə arasında bank sahəsindəki əməkdaşlıqda mövcud olan problemləri həll etməyi öhdəliyinə götürüb. Komitə həmçinin broker əlaqələri və yeni bank filiallarının yaradılması, habelə digər xidmətlərin inkişaf etdirilməsini asanlaşdırmağa çalışacaq".




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?
25.09.2020
10 rayondan olan 32 qadın fermerə dəstək göstərilib
25.09.2020
ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
2 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
3 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
4 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
5 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info