Tələbələr dini radikallığa yox deyir!
Tarix: 17.05.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyi “Tələbələr dini radikallığa yox deyir!” adlı yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi tələbələr arasında dini radikallıq və ekstremizmlə bağlı məlumatlandırma aparmaqla cəmiyyətimizdə bu kimi mənfi hallara qarşı mübarizəni gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində 8 müxtəlif universitetdə tələbələrin iştirakı dini radikallıq və ekstremizmlə bağlı seminarlar keçiriləcək. Qeyd edilən sahə üzrə ekspertin iştirakı ilə keçiriləcək seminarlarda radikalizmin cəmiyyət üçün fəsadları, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yolları, milli-mənəvi dəyərlərimizin qorunması və digər vacib məsələlərlə bağlı məlumat veriləcək. Ümumiyyətlə, dini radikalizm və xalqımızın həyatı üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətimizin dünyəvi təməlləri üçün ciddi təhlükədir. Azərbaycan Tələbələr Birliyi qeyd edilən layihəni həyata keçirməklə bu kimi halların qarşısının alınması üçün məhz tələbələrin səfərbər edilməsi niyyətindədir. Beləki, cəmiyyətimizdə ayrı-ayrı qrupların dini radikallığa qarşı maarifləndirməsində tələbələr aktiv rol oynaya bilərlər ki, belə layihənin həyata keçirilməsində də əsas məqsədlərdən biri müxtəlif qrup insanlara tələbələr vasitəsilə məlumat ötürülməsini təmin etməkdir.


Qorqud

Mətbuat Katibliyi

Əlaqə vasitələri:
T : +994 12 434 22 03
+994 50 359 89 86
F : +994 12 434 22 03
E : office.asu@gmail.com




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info