Ali məktəblərə qəbul üçün minimal bal həddi bu il nə qədər olacaq?
Tarix: 17.05.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Bu il ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün minimal bal həddi ötən il olduğu kimi, yenə də 200 olacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu bal həddi ümumi qrup üzrə müsabiqədə iştirak etmək üçündür: "Ancaq ötən il olduğu kimi, bu il də bəzi ixtisaslar üzrə qəbul üçün bal həddi daha yüksək olacaq. Bununla əlaqədar Təhsil Nazirliyindən hələlik heç bir təklif almamışıq. Amma biz hər il müsabiqə şərtlərini elan edəndə dövlət sifarişli yerlər və ödənişli yerlərdə mütləq fərq qoyuruq. Müsabiqədə iştirak etmək üçün minimal bal həddi 200-dürsə, dövlət sifarişli yerlərdə bu bal 300-350-dən yüksək olur".
Şura sədri əlavə edib ki, müsabiqə şərtlərinin yaxın iki həftə ərzində elan edilməsi nəzərdə tutulur. M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul planı ötən illə müqayisədə 7 faiz artıb. Bu artım qruplar üzrə müxtəlifdir. I qrup üzrə qəbul planı 12 faiz, II qrup üzrə 7 faiz, III qrupda təxminən 2 faiz, IV qrupda isə təxminən 6 faiz artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info