“Bakcell“ əməkdaşları tələbələrlə görüşüblər
Tarix: 17.05.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkətinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüş keçiriblər. 
Şirkətdən verilən məlumata görə, görüş zamanı bu il öz 20 illiyini qeyd edən “Bakcell” şirkətinin nailiyyətləri və tələbə və məzunlar üçün təşkil olunan “Smart Start” təcrübə proqramı və “AppLab” innovativ mobil developer layihəsi barədə məlumat verilib. 
Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir. “Smart Start” proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində “Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar. Bununla yanaşı, “Smart Start” proqramının bütün məzunları “Bakcell” şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. 
2015-ci ildə “Smart Start” təcrübə proqramında iştirak etmək üçün “Bakcell” şirkətinə 2 000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc “Bakcell” şirkətində işlə təmin olmaq imkanını əldə ediblər. 
“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Şirkət mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı, “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bu il Azərbaycan əhalisi 37 milyard manata yaxın gəlir əldə edib
18.09.2019
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info