Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir
Tarix: 17.05.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayevin İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirdiyi görüşdə ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasından və əlaqələrin müxtəlif sahələrdə uğurla davam etməsindən məmnunluq ifadə olunub, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin əlaqələrin daha da genişləndirilməsi istiqamətində göstərdiyi birgə səylər nəticəsində ölkələrimiz arasında neft-qaz, nəqliyyat, enerji, rabitə və s. sahələrdə əməkdaşlıq uğurla davam edir. Kənd təsərrüfatı Azərbaycan-İran əməkdaşlığının vacib istiqamətlərindən biridir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Mövcud imkanları reallaşdırmaq məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində aqrar sahə üzrə İşçi Qrupu fəaliyyət göstərir və İşçi Qrupunun ilk iclası 2015-ci ildə keçirilib. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanda bitki və heyvanlar üçün dərman preparatlarının istehsalına dair birgə müəssisə yaradıla, İranlı ixracatçılar Azərbaycanın Aktau şəhərindəki Logistik Mərkəzindən istifadə edə bilər. Bundan başqa, Azərbaycan pambıqçılıq, toxumçuluq və tingçilik sahələrində əməkdaşlıqda, eləcə də meyvə qurudulması sahəsində İran təcrübəsinin öyrənilməsində və ölkəmizdə meyvəqurutma müəssisələrinin yaradılmasında, İrandan kənd təsərrüfatı texnikasının alınması sahəsində əməkdaşlıqda maraqlıdır.
İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu və aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə olunmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, ölkələrimiz arasında ticarət əlaqələri genişləndirilməklə 3-cü ölkələrə birgə ixrac həyata keçirilə bilər. Mahmud Höccəti iranlı fermerlərin Azərbaycanda müştərək və ya uzunmüddətli torpaq icarəyə götürərək xüsusi tələbat olan məhsulların əkilməsində, birgə investisiya qoyuluşunda maraqlı olduğunu diqqətə çatdırıb.



Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info