Sabir Fondu Şuranın dəstəyilə yeni layihənin icrasına start verdi
Tarix: 17.05.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər üçün fərdi inkişaf təlimlərinin yeni model texnologiyalarla (NLP, Yaşam Kouçluğu, time-menecment, personalogiya və s.), habelə  youtube, vebi-nar, skype konfransla keçirilməsi” adlı layihəyə start verib.
qhtxeber.az-a verilən məlumata görə, gənclərin, digər təbəqələrdən olan müxtəlif peşə sahiblərinin qatıldığı seminarı giriş sözü ilə Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı açıb. O, fərdi inkişaf təlimlərinin gənclərin inkişafında böyük rol oynadığı deyib və belə təlimlərdə iştirakda Binəqədi gənclərinin böyük marağı olduğunu qeyd edib. 
Sonra Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə reallaşacaq bu layihə haqda ətraflı məlumat verib. O bildirib ki, bu təlimlərdə gənclər kütlə qarşısında nümunəvi çıxış etmək, qan qrupundan asılı xarakterin necə dəyişdiyini öyrənmək, qarşı tərəfi qan qrupuna görə tanıya bilmək, ailə daxili münasibətlərin insan xarakterindən necə asılı olduğu və ailədəki münaqişələrin uşaqlara təsiri barədə məlumatlar əldə etmək, NLP texnikalardan istifadə etməklə mükəmməl ünsiyyət qurmaq, vaxtın idarə olunması (time menecment), karyera qurmaq istəyənlər üçün iş müsahibələrinə hazırlıq, effektli CV və rezumelərin yazılma bacarıqları əldə edəcəklər. Bu təlimlərin daha geniş auditoriyanı əhatələməsi üçün youtube kanalında xüsusi akkaunt yaradılıb və məlumatlar, seminar məlumatları izləyicilərə fasiləsiz yayımla təqdim ediləcək.  
 Təlimin ilk dərs günü təlimçi Sənan Nəcəfovun təqdimatında kütlə qarşısında çıxış zamanı həyəcanın aradan qaldırılması, çıxış zamanı jest, göz kontaktları, mimika və səs tempinə diqqət yetirilməsi, diqqətçəkici, maraqlı, təsiredici çıxış qurmaq, bədən dili, NLP ilə mükəmməl ünsiyyətin qurulması, özünü təqdimetmə haqda peşəkar təlim standartlarına uyğun dərs keçib. Binəqədi gənclərinin maraqla izlədikləri seminar vorkşoplar, təlim oyunları ilə müşaiyət olunub. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihəsi çərçivəsində 12 seminar, 4 master- klass keçirilməsi nəzərdə tutulub. 


Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info