“Eurobarometer”: “Latvıyanın 16-30 yaş arası əhalisinin yarısı ölkədən getmək istəyir”
Tarix: 17.05.2016 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


“Eurobarometer” təşkilatının araşdırmasına görə, Latvıyanın 16-30 yaş arası əhalisinin yarısı ölkədən getmək istəyir. Gənc oğlanlar və qızlar ölkədə iqtisadi və sosial şərtlərin daha yaxşı olmasını arzulayırlar. Gənc oğlan və qızların 42 faizə yaxını ölkədə tədris sistemində çatışmazlıqlar olduğunu qeyd edir, hər iki nəfərdən biri isə hansısa Avropa Birliyi ölkəsinə üstün getməyi üstün tutur. Onlara görə, Latviyada öz günlərini keçirməkdənsə, hansısa AB ölkəsinə getmək daha yaxşı olardı.
Gənclər elə belə də edirlər, onlıarın 23 faizinin artıq ölkədən kənarda iş təcrübəsi var.
O da qeyd edilir ki, Latviyalı təhsil almaq istəyən gənclərin çoxu Böyük Britaniyaya köçür və ölkədə yalnız təqaüdçülər və uşaqlar qalıb.
Qeyd edilir ki, bu sahədə monitorinq çərçivəsində Avropa Birliyinin 28 ölkəsindən olan gənclərin rəyi öyrənilib. İqtisadi böhrana görə, onların demək olar ki 50 faizi əziyyət çəkir, onlar sosial həyatdan təcrid olunublar və öz ölkələrinin iqtisadiyyatlarından narazıdırlar.
Gənclər, həmçinin Yunanıstan, Portuqaliya, Kipr və İspaniyada daha çox əziyyət çəkir və bu cür ölkələrdə iqtisadi böhrandan əziyyət çəkənlərin sayı 80 faizdir. Gənclər Almaniya, Danimarka, Lüksemburq, Çexiya və Niderlandda özlərini daha rahat hiss edirlər.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu
17.09.2020
ABŞ-da son gündə COVID-19-dan 1 123 nəfər vəfat edib
17.09.2020
“Türkiyənin şantaja baş əyməyəcəyi başa düşüldü“
17.09.2020
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
17.09.2020
Prezident Ərdoğan Makrona reaksiya verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info