“Deutsche Welle”: “İngilis və fransızlar Yaxın Şərqi öz aralarında gizli şəkildə bölüblər”
Tarix: 17.05.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“Ərəb dünyasında Qərbin Şərqə və ərəb və müsəlman dünyasına bədniyyətli münasibəti barəsində hələ də danışırlar. Sayks-Piko razılaşması da bu bədniyyətli münasibəti açıq göstərir, çünki o, məxfi olub və sırf ona imza atan dövlətlərin maraqlarına xidmət edib”
Almaniyanın “Deutsche Welle” media qurumu dünyanın nüfuz dairələrinə bölünməsi haqqında maraqlı yazı yazıb. Yazıda bildirilir ki, 1916-cı ilin mayında Böyük Britaniya və Fransa arasında Sayks-Piko sazişi imzalanıb:
“Bu gizli razılaşma Birinci Dünya müharibəsinin sonunda müttəfiqlər arasında Osmanlı imperiyası ərazilərinin böyük hissəsinin bölüşdürülməsini nəzərdə tuturdu. Fransızlar müasir Türkiyənin cənub-şərq hissəsini, Şimali İraqı, Suriya və Livanı ələ keçirmiş, britaniyalılar isə İraqın cənubi və mərkəzi hissələrinə nəzarət əldə etmişdilər. Bu iki zonanın arasında isə (Bu gün bu ərazidə Suriyanın bir hissəsi, İordaniya, Qərbi İraq və Ərəbistan yarımadasının şimal-şərq hissəsi var). Britaniya-fransız protektoratı altında Ərəb Krallığı yaratmaq planlaşdırılmışdı. Payına Bosfor və Dardanel vəd olunmuş Rusiya da bu bölgü ilə razılaşmışdı. Nəticədə isə bu planlar dəyişikiklərə məruz qaldı, amma Yaxın Şərqdə hələ də Qərbə Sayks-Piko razılaşmasını xatırladırlar”.
Belə bir razılaşmanın mənası və regionda önəmi barəsində isə Bazel Universitetinin islamşünas professoru Maurus Raynokovski fikirlərini belə bildirib: “Paris və London ondan çıxış edirdi ki, regionda həmin vaxta qədər hökmranlıq edən Osmanlı İmperiyası yıxılır. Razılaşma, Birinci Dünya müharibəsindən sonra “qənimətlərin bölüşdürülməsi” ilə bağlı mübahisələrdən qaçmağa da kömək edəcəkdi. Amma sonda ixtilaflar ortaya çıxdı, ona görə də bu razılaşmanı yalnız ilkin razılaşma kimi dəyərləndirmək olar, son nəticədə isə tamam başqa bir şey baş verdi”.
Hər halda, bu razılaşmanın indiyə qədər ərəb dünyasında müəyyən emosiya doğurması ilə bağlı məqama toxunan professor qeyd edib ki, razılaşma Birinci Dünya müharibəsindən sonra çox mürəkkəb situasiyanın simvolu idi: “Bununla bərabər, digər çoxlu bənzər razılaşmalar da olmuşdu. Amma Sayks-Piko simvol idi. Çünki onun simvola çevrilməsini və diqqət mərkəzinə gəlməsini şərtləndirən bəzi tarixi məqamlar var. Rusiyada bolşevik inqilabından sonra ozamankı RSFSR xarici əlaqələr üzrə xalq komissarı Lev Trotski ANTANTA üzvü olan imperialist dövlətlərin xainliyi və onların imperialist niyyətlərinin əsas üzü kimi onların razılaşması ilə bağlı mətni açıqlamışdı. Razılaşmaya əsasən cızılan xəritə də imperialist dövlətlərin əsl mahiyyətini ortaya çıxarırdı: indiki İsraildə yerləşən Xayfadan tutmuş İraqın şimalındakı Kərkükə qədər 100 kilometrlərlə uzun və düz xətt çəkilmişdi. Ərəb dünyasında Qərbin Şərqə və ərəb və müsəlman dünyasına bədniyyətli münasibəti barəsində hələ də danışırlar. Sayks-Piko razılaşması da bu bədniyyətli münasibəti açıq göstərir, çünki o, məxfi olub və sırf ona imza atan dövlətlərin maraqlarına xidmət edib. Bu müqavilə Qərbin öz üstün vəziyyətindən Şərq və müsəlman dünyasına qarşı maneçilik üçün istifadə etməsinə dair əsas məqamlardan biridir”.
Əlavə edək ki, bu Qərb mediasına aid yazıdan da açıq görünür ki, son illərdə geniş şəkildə müzakirə olunan Sayks-Piko razılaşmasına əsasən, ingilislər və fransızlar dünyanı öz aralarında bölməyi planlaşdırıblar. Burada isə müstəmləkə halına salacaqları və ya saldıqları xalqların aqibəti, iradəsi onlar üçün heç bir önəm kəsb etməyib. Çünki onlar bu razılaşmanı yalnız məxfi və məkrli şəkildə öz aralarında əldə ediblər. Bununla belə, o zaman Türkiyədə başlanan milli azadlıq və dirçəliş hərəkatı, işğalçılara qarşı barışmaz münasibət və silahlı müqavimət sonda bu cür razılaşmaların tam həyata keçməsinə və xalqların əsarət altına alınmasına imkan vermədi. Amma, hər halda, bu gün də Qərbin Şərqə, xüsusilə də müsəlman Şərqinə qarşı bu cür niyyətləri ortadadır və Yaxın Şərqdə baş verən bugünkü proseslərdə də biz bunun şahidi oluruq. Bir sözlə, Qərbin müstəmləkəçi ekspansiyası bu gün “demokratiya”və sair şüarlarla Şərqin ən qədim, sivilizasiyalı və suveren dövlətlərinin dağılması, sərvətlərinin talan edilib daşınması ilə davam etdirilir. Bu gün “ərəb baharı” və sair adlar altında dünyaya təqdim edilən dağıdıcı proseslərin arxasında hansı niyyətlərin dayandığını bizə məhz Sayks-Piko kimi məxfi sövdələşmələr daha yaxşı xatırladır. Həmçinin bir çox Qərb dövlətləri hazırkı dünyadakı “pay bölgüsündən”, nüfuz dairələrinin bölüşdürülməsindən narazıdır, çünki belələri bu prosesdə outsayder vəziyyətində qalıb. Məsələn, belə məzmunda olan yazıların “Deutsche Welle” kimi alman mediasında mütəmadi getməsi də təsadüfi deyil. “Pay bölgüsü” ilə bağlı hazırkı situasiya Birinci və İkinci Dünya müharibələri ilə dünyada imperialist mövqeyindən məhrum olmuş Almaniya üçün də, təbii ki, qaneedici deyil. Ona görə də bu ölkənin mediası mütəmadi olaraq əsas neomüstəmləkə oyunçularını ifşa etməkdə maraqlıdır...
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info