Naxçıvanda göycə festivalı keçiriləcək
Tarix: 18.05.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


NAXÇIVANXEBERLERİ.COM xəbər verir ki, bu il may ayının 21-22-də Naxçıvan şəhərində göycə festivalı keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festival “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 21-22 may tarixlərində keçiriləcək.
Naxçıvan çox nemətlərilə məşhurdur. Göycənin adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı, göy-göy yeyildiyi üçün elə “Göycə” adlanır.
Naxçıvan göycəsi kəm-turş dada malik, orta böyüklükdə meyvədir. Bu meyvə o qədər sulu olur ki, 10 gün müddətinə yığılmadıqda ağacda partlayır, şirəsi axır. Göycə ağacının qələmi başqa yerdə əkilərsə, onun məhsulu xələfindən fərqli olaraq dadsız olur.
Naxçıvan göycəsi insan orqanizmi üçün xeyirlidir. Təbiblərin fikrincə, kirəcləşmiş damarların açılmasında göyçə xüsusi əhəmiyyət daşıyır. Göycə bədəndə təzə qan yaradır. Hamilə qadınların müəyyən miqdarda Göycə yeməsi dölün sağlamlığına müsbət təsir edir. Hipertoniya, qan azlığı olanlara da faydalıdır.
Susuzluğu tez yatırır və iştahaçıcı vasitə hesab edilir. Həkimlərin dediyinə görə, göycədə C vitamini çoxdur.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, ki, bu gün muxtar respublikamızın rayonlarında göycədən gəlir götürənlər az deyil.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info