Qalaaltı istiqamətində yeni yol çəkilir
Tarix: 23.05.2016 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Şabran rayonunun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir."Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq.Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü, və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağıdır.Bundan başqa 2 ədəd 4 x 2.5 m və 2 x 2 m-lik düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 ədəd d-1.25m dairəvi dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub.Layihə çərçivəsində düzləndirici lay karxana çınqıl qarışıqlı h=26 sm, əsasın alt layı h=24 sm, əsas fraksiyalı qırmadaş layı h=12 sm, əsasın üst qara qırmadaş layı h=10 sm olmaqla yol geyiminin əsası 72 sm təşkil edəcək.Alt layı - iri dənəli a/b h=8 sm, alt layı - iri dənəli a/b h=7 sm və üst layı - xırda dənəli a/b h=5 sm olmaqla isə yol örtüyünün əsası 20 sm təşkil edəcək. Ümumilikdə isə yol geyiminin qalınlığı 92 sm olacaq.Hazırda yolun 1-4 km-lik hissəsində torpaq yatağı tikilir. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərində yol ötürücüsündə tikinti işləri 70-75 faiz icra olunaraq yeunlaşdırılıb. Yolun 6,9-cu km-də yerləşən mövcud Şimal İxrac Neft Boru kəməri üzərindəki yol ötürücüsündə isə svayların beton işləri görülür.
Qeyd edək ki, sözügedən yolun salınması həmin ərazidə turizmin və kənd təsərrüfatının inkişafına, yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info