Gənclərimiz Rumıniyada ölkəmizi uğurla təmsil edirlər
Tarix: 23.05.2016 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Rumıniyanın Kluj şəhərinin meriyası tərəfindən təşkil olunan Kluj günləri çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi, Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılıb.
Tədbirdə Kluj şəhərinin meri, sabiq baş nazir Emil Bok, müxtəlif universitetlərin rəhbərləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, Rumıniyada yaşayan Azərbaycan icmasının üzvləri, azərbaycanlı tələbələr iştirak ediblər. Bu ölkədə təhsil alan azərbaycanlı tələbə Zamiq Əhmədovun “Palitra”ya verdiyi məlumata görə, Azərbaycan guşəsində müxtəlif suvenirlər, ölkəmizin tarixi, mədəniyyəti və adət-ənənələrini özündə əks etdirən kitablar, rəsmlər təqdim olunub.
Mərasim üzərində müxtəlif dövlətlərin bayraqları əks olunmuş geyimlər, bayram şüarı, həmçinin ayrı-ayrı dövlətlərin əllərində bayraqları olan təmsilçilərinin və diaspor üzvlərinin şəhərin mərkəzində yürüşü ilə davam edib:
“Yürüş zamanı Azərbaycan və Türkiyədən olan tələbələr iki ölkə arasında olan dostluq və qardaşlığı tərənnüm edən şüarlar səsləndiriblər, Rumıniya ictimaiyyətinə və Kluj əhalisinə ölkəmiz barəsində dolğun məlumatlar verilib”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
ABŞ prezidenti Donald Trampdan İranla bağlı açıqlama
17.09.2019
“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik”
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info