“Gənclər arasında Milli Qəhrəmanlarımızın təbliği: Albert Aqarunov”
Tarix: 23.05.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Milli Qəhrəmanlarımızın təbliği: Albert Aqarunov” layihəsi çərçivəsində növbəti tədbir keçirib. Təşkilatdan “Palitra”ya verilən məlumata görə, layihə çərçivəsində Yevlax şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirib. Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihənin məqsədi barədə məlumat verib. Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Milli Qəhrəman Albert Aqarunov kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan R.Cürənov deyib ki, Azərbaycan cəmiyyəti həmişə tolerantlığı ilə seçilib. Ölkəmizdə yaşayan azsaylı xalqlar nümayəndələri arasında Azərbaycana ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş igidlər olub. Bunlardan biri də Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olun yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovdur.
R. Cürənov bildirib ki, Albert Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqi ilə maraqlanıb, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Albert Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıda Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən, Albert Aqarunovun könüllü cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Albert Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan “fəxri” erməni bayrağı verilib. Bu tankın komandiri Qaqik Avşaryan olub. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə məhv edilib. Ümumilikdə ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Həmin döyüşdə Albert Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb və bu zaman erməni snayperinin gülləsinə tuş gəlib.
Albert Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyub. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib
24.09.2020
“Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
24.09.2020
Xalqımızın halal haqqı
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info