“Qloballaşan dünya və Azərbaycan” mövzusunda konfrans keçirilib
Tarix: 23.05.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Mayın 23-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Qloballaşan dünya və Azərbaycan” mövzusunda birinci respublika tələbə elmi konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərin universitetdəki büstü önünə tər güllər düzüblər.BSU-nun rektoru, professor Asif Hacıyev ümummilli lider Heydər Əliyevin gənclərə miras qoyduğu siyasi irsdən danışıb. Qeyd edilib ki, bunun davamı olaraq hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün ən sürətli inkişaf dövrünü yaşayır. Rektor ölkə daxilində siyasi, sosial-iqtisadi, mədəni, elm və təhsil sahələrində əldə edilən nailiyyətlərin, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasının bunun parlaq nümunəsi olduğunu vurğulayıb. A.Hacıyev konfransın tələbələrə elmi potensiallarını nümayiş etdirmək baxımından böyük imkanlar yaratdığını söyləyib.Mərasimdə BSU-nun tələbələri ilə yanaşı bir sıra digər ali təhsil müəssisələrinin tələbələri, magistrları, doktorantları və dissertantları da iştirak ediblər.Sonra konfrans işini bölmələrdə iclaslarla davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info