Ərdoğan: “Qapımızı  insanlara, insanlığa bağlamayacağıq”
Tarix: 23.05.2016 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


"Türkiyə dünyanın 140 ölkəsində inkişaf proqramları həyata keçirir".
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya Humanitar Forumunun açılış mərasimində çıxış edərkən deyib. O bildirib ki, Türkiyə 3 milyondan çox suriyalı və iraqlı mühaciri ölkədə qonaq edir: “Bu sığınma  prosesi davam etsə də, təhdidlə qarşı-qarşıya qalan kim olursa olsun, qapımızı  insanlara, insanlığa bağlamayacağıq. Hazırki beynəlxalq sistem insanlığın təcili problemləri qarşısında təəssüf ki, zəif qalıb. Bəzi ölkələr bu məsuliyyəti təkbaşına üzərinə götürüb. Artıq hər kəs çiynini bu yükün altına verməlidir. Mövcud münaqişələrin sona çatmasına təkan verməli və yenilərinin başlamasının qarşısını almalıyıq. Beynəlxalq hüququn pozulmasının qarşısını almaq üçün daha çox səy göstərməliyik. İnsanlığa qarşı işlənən cinayətlərin qarşısının alınması üçün əlimizdən gələni edəcəyik. Yerlərindən məhrum olan qadın, uşaq, fiziki məhdudiyyətli insanlara daha çox yardım edəcəyik. Yardımlardan asılılığı azaltmaq və hər millətin öz ayaqları üzərində dura bilməsi üçün daha çox səylərə ehtiyac var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info