“Aura” Sağlamlıq Mərkəzi tam yenilənmiş şəkildə xidmətdə
Tarix: 04.03.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


“Aura” Sağlamlıq Mərkəzində Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş media nümayəndələri üçün “Açıq qapılar günü” keçirildi. Rəsmi hissəsi “Excelsior Hotel Baku” otelinin “Əlincə” zalında keçirilən tədbirdə “Excelsior Hotel Baku” oteli Marketinq və Satış departamentinin direktoru Damla Bayık və “AtaHoldinq” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova qonaqlara “Aura” Sağlamlıq Mərkəzində keçirilən idman dərsləri haqqında geniş məlumat verdilər.
Tədbirdə çıxış edən “Excelsior Hotel Baku” oteli Marketinq və Satış departamentinin direktoru Damla Bayık “Aura” Sağlamlıq Mərkəzində baş vermiş dəyişikliklər barədə bildirdi: “Qonaqlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün “Aura” Sağlamlıq Mərkəzi ən müasir yeni trenajorlarla təchiz edilmiş, saunalar, zallar tam yenilənib. “Aura” Sağlamlıq Mərkəzinin ümumi sahəsi 3500 m2 təşkil edir və burada 200 nəfərə qədər qonaq eyni zamanda idmanla məşğul ola bilər. İkinci mərtəbəni tam əhatə edən idman zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, həmçinin ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar quraşdırılıb. Qonaqlar kardiozonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa, həmçinin, pulsuz internetə qoşula bilərlər. Eləcə də stolüstü tennis, açıq tennis kortu, Tailanddan gəlmiş spa-terapevtlərin xidmətləri, istirahət otaqları, həmçinin, ilin isti vaxtlarında işləyən üstüörtülü hovuz və açıq havada 2 hovuz “Aura” klubunun daimi üzvlərinə və “Excelsior Hotel Baku” otelinin qonaqlarına xidmət edir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir”.
“AtaHoldinq” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova sağlamlıq mərkəzinin üçüncü mərtəbəsindəki kişi və qadınlar üçün nəzərdə tutulmuş ayrıca zallarda qrup halında və fərdi keçilən idman dərsləri - aerobika, kallanetika, pilates, boks və yoqa haqqında geniş məlumat verdi. O bildirdi ki, peşəkar məşqçilər komandası hər kəs üçün məşğələlərin fərdi proqramını işləyib hazırlaya, həmçinin uşaqlara və böyüklərə üzməyi öyrədə bilər. Tanışlıq məqsədi daşıyan ekskursiyanın gedişində qonaqlar “Aura” Sağlamlıq Mərkəzində quraşdırılmış avadanlıqla tanış oldular. Bundan başqa, qonaqlara bilavasitə məşqlərdə və məşğələlərdə iştirak etmək, məşqçilərdən məsləhətlər almaq imkanı verildi.
Məlumat üçün qeyd edək ki, “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” standart, 9 “Duke” kiçik otaq, konfrans zalları, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” Sağlamlıq Mərkəzindən və s. ibarətdir.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
18.01.2020
Ən təhlükəli qan qrupu
17.01.2020
Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
17.01.2020
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliyə yoluxa bilərsiniz
17.01.2020
Koronavirusun Azərbaycanda yayılma ehtimalı varmı?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info