Uşaqlar yeni xəstəliklərə qarşı peyvənd olunacaqlar
Tarix: 23.05.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub. Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bu gün ölkədə immunoprofilaktika tədbirlərinin vəziyyətinə həsr olunan tədbirdə çıxış edərkən deyib.
Azərbaycanda yeni peyvəndlərin tətbiqi ilə bağlı daim iş aparıldığını deyən baş pediatr bu peyvəndlərin tətbiqi vaxtını açıqlaya bilməyəcəyini deyib: "Bu gün elə vaksinlər var ki, onlar tam təkmilləşməyib. Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə xəstəlik sağalır. Peyvənd zamanı isə bu fəsadlı ola bilər. Ona görə də biz o peyvəndi gözləyirik ki, onun ümumiyyətlə, heç bir fəsadı olmasın. Hazırda biz müqayisə mərhələsindəyik - peyvənd, yoxsa xəstəlik daha yaxşıdır?"
N.Quliyev deyib ki, su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı sayca 12-ci peyvənd tətbiq olunmağa başlanacaq.
Baş pediatr əlavə edib ki, su çiçəyinə qarşı peyvəndə başlanıldıqdan sonra uşaqlar üçün meningitə və rotavirusa qarşı peyvənd tətbiq edilə bilər: "Dünyada başqa kütləvi tətbiq olunan peyvənd yoxdur. Azərbaycan artıq peyvəndlərin tətbiqi baxımıbdan yüksək həddə çatıb. Ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər."
N.Quliyev deyib ki, rotavirus virus diariyalarına qarşıdır. Bu peyvəndin də hazırda daha da təkmilləşdirilməsi prosesi gedir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info