İlham Əliyev: “Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”
Tarix: 23.05.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb. Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir”. 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib. O bildirib ki, belə hal Azərbaycan qarşı ikili standart siyasətidir: "Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - “çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”. 
Azərbaycan Prezidenti Ermənistan işğalı nəticəsində evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ciddi işlər görüldüyünü söyləyib: “Azərbaycan bu məqsədlə 6 milyard dollar sərf edib. Qaçqın və məcburi köçkünlərin arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb. Son 12 ildə ölkədə ümumi yoxsulluq səviyyəsi 5 faizə endirilib”. 
Dövlət başçısı Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info