Latviya yağışa görə vergi tətbiq edir
Tarix: 23.05.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Yağış üçün vergi və ya yağış sularına görə su haqları bundan sonra Riqada bütün mülkiyyət sahiblərinə şamil ediləcək.
Ödənişin məbləği mülkiyyət sahiblərinin ərazisindən –otluq, torpaq və asfalt növündən asılı olacaq müxtəlif səpkidə ödəniləcək.
Sonuncu-yəni daha çox asfalt örtüyünə sahib olanların ödənişi də yüksək olacaq. Hündürmərtəbəli bina sakinləri hər ay üçün 1.5 avro ödəməli olacaqlar. Lakin ən yüksək ödənişi avtopark sahibləri ödəyəcəklər.
Qeyd edilməlidir ki, Riqada daxili kanalizasiya sistemi yağış suları sistemindən ayrı deyil və ölkədə yağış suları sistemi ilə «Elgavas ūdens i OOO Rīgas ūdens» şirkəti məşğul olur. Şirkətin göstərəcəyi xidmətlər üçün təqdim etdiyi müqavilələr artıq sakinlər tərəfindən imzalanıb. Nazirlər Kabineti tərəfindən bu il aprelin əvvəllərindən qəbul edilmiş qanun məcburi olaraq bütün sakinlərə şamil edilib.
«Rigas ūdens» şirkətinin kommersiya direktoru Andrey Eyxvaldsa görə, artıq yağışlı günlərdə təmizləmə avadanlıqları daha əvvəlki kimi yüklənmir. Çünki, artıq yağan yağışın çox hissəsi ümumi kanalizasiya sisteminə daxil olur: «Əlbəttə, bizim məqsədimiz sadəcə, pul toplamaqdan ibarət deyil. Bizim məqsədimiz şəhərdəki bəzi sahibkarların yağış sularının ümumi sistemə daxil olmasına yardım etmələrinə nail olmaqdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
randakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıb
30.09.2020
Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info