Həmvətənimiz Kiyev merinin təşəkkürnaməsinə layiq görülüb
Tarix: 23.05.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın Ukraynadakı səfirliyinin və “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” İctimai Təşkilatının dəstəyi ilə Kiyevin 37; 135; 188; 247; 291 nömrəli məktəblərində artıq altıncı ildir ki, Azərbaycan dili sinifləri uğurla fəaliyyət göstərir.Yüz iyirmi nəfərdən çox gənc həmvətənimiz və onların müxtəlif xalqların nümayəndələri olan yaşıdları müəllimə Səfayə Nəbiyevanın rəhbərliyi ilə bu təhsil ocaqlarında Odlar Yurdunun dilini, ədəbiyyatını və tarixini öyrənir, adət-ənənələrimizlə tanış olurlar.AZƏRTAC-ın xəbər verdiyi kimi, fədakar əməyinə və elm-təhsil prosesinə şəxsi töhfəsinə görə Səfayə Nəbiyeva bu yaxınlarda Ukrayna paytaxtının Desna rayonunun təhsil departamentinin Fəxri fərmanı ilə mükafatlandırılıb. Elə bu günlərdə isə o, çoxillik fədakar əməyinə, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına sanballı töhfəsinə, geniş ictimai fəaliyyətinə görə Kiyev şəhərinin meri Vitali Kliçkonun təşəkkürnaməsinə layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir
20.09.2020
Sabah yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info