“ASAN Könüllüləri” təşkilatına yeni sədr seçilib
Tarix: 23.05.2016 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


"ASAN Könüllüləri" təşkilatının ümumi yığıncağı keçirilib. Təşkilatdan verilən məlumata görə, dövlət himni səslənməsi və Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiram sükutuyla yad edilməsindən sonra yığıncaq öz işinə başlayıb.Tədbiri giriş sözü ilə açan "ASAN Könüllüləri" təşkilatının sədri Fərid Sadıxlı bildirib ki, bu onun sədr olaraq son çıxışıdır. "ASAN Könüllüləri" təşkilatının yaranma zərurətindən danışan Fərid Sadıxlı, 2 il ərzində təşkilatın qazandığı uğurları iştirakçıların nəzərinə çatdırıb. Daha sonra Fərid Sadıxlı "ASAN Könüllüləri" təşkilatının İdarə Heyətinə keçirilən seçkilərin nəticələrini açıqlayıb, idarə heyətinə yeni üzv seçilənləri təbrik edib. Həmçinin Fərid Sadıxlı qeyd edib ki, yeni təyin olunmuş idarə heyətinin ilk iclasında Birliyin sədrinin səlahiyyətlərinin dayandırılması və yeni sədrin seçilməsi məsələləri müzakirə olunub, üzvlərin səsverməsinə əsasən, "ASAN Könüllüləri " təşkilatının yeni sədri Bəxtiyar İslamov seçilib."ASAN Könüllüləri" təşkilatının yeni sədri seçilmiş B.İslamov sədr olaraq ilk çıxışını edib. Bəxtiyar İslamov çıxışı zamanı ona göstərilən bu etimada görə hər kəsə təşəkkür edib, təşkilatın gələcək fəaliyyət proritetlərini açıqlayıb, görüləcək işlərlə bağlı məlumat verib.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN Könüllüləri" təşkilatına yeni seçilmiş sədr və idarə heyətini təbrik edib. Təşkilatın bu günə qədər olan fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən sədr, yeni komandaya da gələckədəki fəaliyətlərində uğular arzulayıb.Dövlət Agentliyinin sədri tədbirdə iştirak edən könüllülərin təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib
18.09.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info