Qubada V Qafqaz İqtisadi Forumu keçirildi
Tarix: 23.05.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Azərbaycan ali təhsil müəsisələri arasında ilk sıralarda yer alan Qafqaz Universiteti hər il təşkil etdiyi yerli və beynəlxalq səviyyəli mötəbər tədbirlərlə yadda qalır. Bu tip fəaliyyətlərdən biri də 2012-ci ildən etibarən ənənəvi olaraq keçirilən "Qafqaz İqtisadi Forumu"dur. Forum hər il ölkə iqtisadiyyatı üçün aktual qəbul edilən və rəsmi olaraq əsas prioritet istiqamət kimi seçilən sahələrə həsr edilməklə elmi tədqiqatların təqdimatı və maraqlı tərəflərin fikir mübadiləsi şəraitində keçir.
2015-ci ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə ilin kənd təsərrüfatı ili elan olunması nəzərə alınaraq IV Qafqaz İqtisadi Forumu da kənd təsərrüfatı ilə əlaqəli məsələlərin müzakirəsinə həsr olundu. Forum 2015-ci il Oktyabrın 17-də Azərbaycan Respubikası Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirildi. Forumda kənd təsərrüfatı ilə əlaqəli dövlət qurumları, yerli özünüidarəetmə orqanları, özəl sektor nümayəndələri, yerli və xarici mütəxxəsislər və elm adamları iştirak etdi.
Bu il də iqtisadi forumun keçirilməsi ənənəsi qorunmaqdadır. Belə ki, V Qafqaz Iqtisadi Forumu, 21 may 2016-cı il tarixində Quba rayonunda keçirilib. Bu ilki forumun təşkilatçıları arasında Qafqaz Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universiteti yer alacaqdır. Forumun bu ilki müzakirə mövzusu iqtisadiyyatın mövcüd reallıqları nəzərə alınaraq, Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasına uyğun “İqtisadi Böhran Kontekstində İxracın Stimullaşdırılması” olub.
Forumda təşkilatçı qurumlarla birlikdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Millət Vəkilləri, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti, "Veysəloğlu" şirkətlər qrupu təqdimatçı kimi yer alacaq, bir çox dövlət və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da müzakirələrdə iştirak ediblər.
Forumu açıq elan edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bu il 5-si keçirilən forumun tarixi haqda məlumat verib və bilidirb ki, əvvəl keçirilənlər kimi bu forumda fayadalı olacaq. Rektor Forumda iştirak edən hər kəsə təşəkkür edib və Forumun işinə uğurlar arzulayıb.
Foruma ev sahibliyi edən Quba rayonu icra hakimiyyətinin birinci müavini Yusif Abidov çıxışında qeyd edib ki, belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunuq. O, forumun mövzusuna uyğun olaraq möhtərəm prezitentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Quba rayonunun ölkəmizdə qeyri – neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafına olan töhvələrindən danışıb.
Qafqaz Universiteti tərəfindən Qubada “İqtisadi böhran konteksində ixracın stimullaşdırılması” mövzusunda keçirilən 5-ci Qafqaz İqtisadi Forumunda çıxışı zamanı  Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Azərbaycan neft ixrac edən ölkədir. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” neft kontraktından sonra Azərbaycana külli miqdarda valyuta daxil olub. Bu valyutaların Azərbaycana daxil olmaları 2000-ci ildən etibarən başlayıb”.
V.Əhmədov qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan neft ixracından təqribən 200 milyard dollar vəsait əldə edib: “Bu illər ərzində Azərbaycana 100 milyardlarla investisiya vəsaitləri qoyulub. Cənab Prezident İlham Əliyev hələ 2004-cü ildən başlayaraq, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası zamanı hər zaman Azərbaycan  hökuməti qarşısında iki mühüm məsələ qoyurdu. Bunlardan biri ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, digəri isə qeyri-neft sektorunun inkişafı ilə bağlı idi. Bu hələ 12 il öncə cənab Prezident tərəfindən ortaya qoyulan məsələ idi. Son illərə qədər Azərbaycanın dövlət büdcəsinin 80 faizi neft gəlirlərindən gələn gəlirlərin hesabına formalaşmışdı, qeyri-neft sektoru yalnız 20 faiz təşkil edirdi. Amma son iki ildə müəyyən ciddi addımlar atıldığı üçün Azərbaycanın dövlət büdcəsinə gələn neft gəlirləri indi 60 faiz, qeyri-neft sektoru isə 40 faiz təşkil edir. Biz indi çalışırıq ki, heç olmasa yaxın illərdə qeyri-neft sektorunun payı 50 faiz səviyyəsinə çatsın”. Son vaxtlar Azərbaycanda çox ciddi addımlar atılır: “Yəni, cənab Prezident Azərbaycanda yeni bir iqtisadi model ortaya qoyub və bununla bağlı çox ciddi göstərişlər və qərarlar verib. Son vaxtlar ölkə Prezidenti tərəfindən çox ciddi sərəncamlar, Milli Məclis tərəfindən çox əhəmiyyətli sənədlər qəbul olunur. İndi Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə gedir. Hazırda biz bunun üzərində çox ciddi çalışrıq ki, ölkədə korrupsiya tamamilə aradan qalxsın. Məsələ bu gün gömrük sistemində heç bir  problem yoxdur. Bu da idxal-ixrac əməliyyatlarının maneəsiz aparılmasına zəmin yaradır. Mən bunu tam səmimi deyirəm.
Milli Məclisin deputatı Azər Badamov ,  Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Rövşən Quliyev, Azərbaycan Texnologiya Universitetinin prorektoru Səbuhi Yusifov çıxış edərək forumun işini yüksək qiymətlədiriblər.

Forumda Azərbaycan iqtisadiyyatının mənfi ekzogen təsirlərə qarşı dayanıqlılığının təmin olunması, manatın devalvasiyasının qeyri neft sektorunun ixracına təsiri, neft gəlirlərinin azalması fonunda ixracın diversifikasiya zərurəti, ixracın stimullaşdırılması istiqamətində aparılan islahatlar, ixrac potensialının yüksəldilməsi və ixracın stimullaşdırılması yolları Azərbaycan şirkətlərinin beynəlxaq bazara çıxmasında innovativ sahibkarlığın əhəmiyyəti, ixracın stimullaşdırılmasında İKT-nin rolu, ixracın stimullaşdırılmasında İSO 9001:2015 standartlarının rolu kimi mövzular müzakirə olunub.
Forumun yekununda əldə ediləcək nəticələr əlaqədar dövlət qurumlarına təkliflər paketi kimi təqdim ediləcək.
Ənənəvi olaraq davam edəcək olan iqtisadi forum gələcək illərdə də Azərbaycanın müxtəlif regionlarında aktual və prioritet olaraq qəbul edilən iqtisadi məsələlərin müzakirəsi ilə davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info