Prezident İstanbulda Dünya Humanitar Sammitində çıxış edib [YENİLƏNİB]
Tarix: 23.05.2016 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Xüsusi müxbirimiz xəbər verir ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.Dünya Humanitar Sammiti liderlərin səhər yeməyi ilə başladı.Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər.Sammitin açılış mərasimi dünyanın humanitar fəlakət bölgələrində mövcud vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam etdi.BMT-nin baş katibi Pan Gİ MUN çıxış edərək Humanitar Sammitin keçirilməsinə verdikləri dəstəyə görə bütün dünya liderlərinə təşəkkürünü bildirdi. Dörd il əvvəl bu ideyanın yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyini deyən Pan Gi Mun bildirdi ki, bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdıran Pan Gi Mun humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd etdi. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırdı. “Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik”, - deyən Pan Gi Mun əmin olduğunu bildirdi ki, dünya liderləri bu prosesə güclü dəstək verəcək.Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN Sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirdi. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Rəcəb Tayyib Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırdı. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır. Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər.Sonra dünyanın müxtəlif ölkələrində münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkən insanların üzləşdikləri çətinliklərdən bəhs edən maraqlı kompozisiya təqdim olundu.Qısa fasilədən sonra Sammit işini plenar iclasla davam etdirdi.Plenar iclasın həmsədri, BMT-nin baş katibi Pan Gi Mun Sammitin qarşısında duran əsas öhdəlikləri açıqladı. O, müzakirələrin bu öhdəliklərin həyata keçirilməsi, qarşıda duran problemlərin həlli istiqamətində aparılacağını diqqətə çatdırdı.İclasın digər həmsədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhyaratma, qlobal sülhə nail olma və digər məsələlərdə Türkiyənin bundan sonra da eyni əzmlə çalışacağını bildirdi.Almaniya Kansleri Angela MERKEL silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirdi. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğuladı. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən Kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırdı.Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir ƏS-SABAH qeyd etdi ki, bu Sammit BMT-nin öz məqsədlərinə çatması üçün mühüm vasitədir. Küveyt Əmiri bildirdi ki, yeni meyarların müəyyənləşdirilməsi, bütün dövlətlərin və beynəlxalq təşkilatların humanitar böhranın aradan qaldırılmasına fəal dəstək verməsi xüsusi əhəmiyyət daşıyır.Mali Prezidenti İbrahim Bubakar KEYTA dünyada humanitar məsələlərin müzakirə olunduğu ilk Sammitin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Ölkəsində bu sahədə çətinliklərdən danışan Mali Prezidenti terror qruplaşmalarının humanitar və digər sosial problemlərdən istifadə etdiyini vurğulayaraq, bu təhdidlərin qarşısının alınması üçün bütün ölkələri humanitar sahəyə sərmayə qoymağa çağırdı.Azərbaycan Prezidenti İlham ƏLİYEV Sammitin plenar iclasında çıxış etdi.Sonra Ukrayna Prezidenti Petro Poroşenko, Makedoniya Prezidenti Gyorge İvanov, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxışlarında dünyada humanitar problemlərin həlli istiqamətində bütün fəaliyyətləri dəstəklədiklərini vurğuladılar.Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edir.Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi isə münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info