AAK rəhbəri miqrant probleminin həllində dair təkliflərlə çıxış edib
Tarix: 23.05.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Samira Patzer-İsmailova Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin Parlamentində Almaniyanın aparıcı partiyası olan Xristian Demokratik Partiyası fraksiyasının sədr müavini Robert Esler və fraksiyanın üzvü Serap Gülerlə görüş keçirib. Əyalətin mərkəzi Düsseldorf şəhərində baş tutan görüşdə multikulturalizm, Avropadakı miqrant problemi, habelə AAK-la əməkdaşlıq məsələləri müzakirə edilib.
Avropa məkanında miqrasiya və qaçqın axını, terror və milliyyətçi qüvvələrin fəallığı nəticəsində yaranan bir sıra siyasi, sosial problemlərdən danışan görüş iştirakçıları ölkədə yeni inteqrasiya siyasətinə ehtiyac olduğunu bildiriliblər. Bu siyasətin mədəniyyətlərarası dialoq yolu ilə həyata keçirilməsinin səmərəliliyini vurğulayan Samira Patzer-İsmailova parlament üzvlərinə Azərbaycanın bir çox məsələlərdə nümunə ola biləcəyindən danışıb. O qeyd edib ki, Azərbaycan zəngin mədəni irsə və müasir incəsənətə malik olmaqla yanaşı, multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mövzularında aparıçı rol oynayan ölkələrdən biridir. Diaspor rəhbərinin fikrincə, Azərbaycana məxsus Şərq qadınının emansipasiyası, müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə sülh şəraitində yaşaması, əcnəbilərə qarşı tolerantlıq - yüksək səviyyəli qonaqpərvərlik kimi xüsusiyyətlər Avropaya məhz şərq ölkələrindən gələn miqrantlar üçün örnək ola bilər və bu sahədə “Azərbaycan modeli”nin təcrübəsindən yararlanmaq fayda verər: “Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn Vestfalenin əhalisinin dörddə bir hissəsini miqrantlar təşkil edir və məhz bu əyalətdə xarici mənşəli vətəndaşların sosial, mədəni proseslərdə iştirakı regionun müsbət inkişafına zəmin yarada bilər”.
Görüşdə AAK rəhbəri S.Patzer-İsmailova müzakirə olunan məsələlərə dair bir neçə konkret təkliflə çıxış edib. Görüşdə həmçinin yaxın gələcəkdə əyalətdə keçiriləcək mədəniyyətlərarası dialoq layihələrində AAK-ın da iştirak imkanları müzakirə edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi
20.09.2019
Dilqəm və Şahbaz Azərbaycana qaytarılır?
20.09.2019
Yelizaveta Truss və Kristofer Pinçer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.09.2019
“Əsrin Müqaviləsi“nin 25 ili tamam olur
19.09.2019
Yelizaveta Truss və Kristofer Pinçerdən

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info