Azərbaycan ilə Çin arasında münasibətlər yüksək səviyyədədir
Tarix: 23.05.2016 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Mayın 23-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin dörd dəfə Çinə səfər etdiyini xatırladan Prezident Administrasiyasının rəhbəri Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin hər iki ölkəyə fayda verdiyini vurğuladı, parlamentlərarası münasibətlərin də inkişaf etdiyini bildirdi.
Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi, əlaqələrin perspektivlərindən danışdı. Qeyd etdi ki, Çində ulu öndər Heydər Əliyevin xatirəsi daim hörmətlə anılır və Prezident İlham Əliyevə böyük ehtiram var.Görüşdə bildirildi ki, hər iki ölkənin dövlət başçıları arasında sıx əlaqələr, həmçinin xalqlarımızın tarixi dostluq münasibətləri əməkdaşlığın dərinləşməsinə töhfə verir.Söhbət zamanı Çinin Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyası - Təhlükəsizlik Şurası ilə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası, habelə ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info