Azərbaycanın gənc bəstəkarları
Tarix: 23.05.2016 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların plenumu işə başlayıb. ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə giriş nitqində qeyd edib ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir.
F.Əlizadə gənc bəstəkarların son plenumundan keçən dövr ərzində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, müvafiq dövr ərzində iri tədbirlər silsiləsi - dinləmələr, konsertlər keçirilib. Gənc bəstəkarların uğurları sevindiricidir. F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. Plenum dəyirmi masa ilə başa çatacaq. ABİ-nin katibi, bəstəkar Aliyə Məmmədova gənclərlə iş üzrə bölmənin fəaliyyətindən, yeni layihələrdən danışıb. Qeyd edilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. A.Məmmədova gənc bəstəkarlar Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Türkan Qasımzadənin fəaliyyətini xüsusilə qeyd edib. Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov “Gənc bəstəkarların yaradıcılığında forma və janr xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Dünən ABİ-nin Üzeyir Hacıbəyli adına zalında, gənc bəstəkarların kamera əsərləri səsləndirilib. Plenum işini mayın 25-də başa çatdıracaq.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq
13.09.2019
Belarus teatrının solisti Bakıda çıxış edəcək
13.09.2019
Nüfuzlu musiqi yarışmalarının qalibi Canel Nəcəfli kimdir?
13.09.2019
“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA”-nın nümayişi keçirilib
13.09.2019
Karvan keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info