Yəməndə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb
Tarix: 24.05.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Dünən Yəmənin Ədən şəhərində baş verən iki partlayış nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.
“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, bomba yüklü avtomobil Ədən şəhərinin mərkəzində, ordu generalı Abdullah əs-Subeydinin evinin qarşısında partladılıb. Digər partlayış isə şəhərdə yerləşən hərbi düşərgələrin birində törədilib. Xatırladaq ki, 2014-cü ilin avqust ayından Yəməndə başlayan vətəndaş müharibəsi hazırda da davam edir. 2015-ci ilin əvvəllərində ölkənin paytaxtı Səna şəhəri üsyançıların əlinə keçib. Həmin ilin martında Yəmən prezidenti Əbd Rabbo Mansur Hadinin xahişinə əsasən Səudiyyə Ərəbistanı Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hərbi hava qüvvələrinin dəstəyi ilə husilərə və keçmiş Prezident Əli Abdullah Salehə sadiq hərbi birləşmələr qarşı əməliyyatlar başlayıb. Partlayışın baş verdiyi Ədən şəhəri ötən ilin yay aylarında üsyançılardan azad edilib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
25.09.2020
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
25.09.2020
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
24.09.2020
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
24.09.2020
Zaqatalada iribuynuzlu mal-qara güllələnib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info