“Slate.fr”: ”Avstriyada millətçinin seçkidə qalib gəlməsi AB-ni qorxudur”
Tarix: 23.05.2016 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Populist ritorikaya keçən ölkənin ən böyük partiyaları miqrantlar haqqında qanun və qaydaların dəyişdirilməsini və sərtləşdirilməsini istəyirlər
Avstriya Azadlıq Partiyasından namizəd Norbert Xofer prezident seçkilərinin birinci turunda 35% nəticə ilə qalib gəlib. Bunu Fransada millətçi və populist “Milli Cəbhə”nin lideri Marin Le Penin Fransada keçirilmiş prezident seçkilərinin birinci turunda qalib gəlməsi ilə müqayisə edirlər. İkinci yerdə isə “yaşılların nümayəndəsi Alexander Van der Bellen, 21 faiz səslə gəlir. Üçüncü yeri isə müstəqil namizəd, Konstitusiya məhkəməsinin keçmiş hakimi tutub. Fransanın “Slate.fr” saytında müəllif Daniel Vernet yazır ki, belə bir vaxtda 1945-ci ildən hakimiyyətdə qalan sosial-demokratlar və mühafizəkarlar geridə qalıblar: “Bu nəticə Avstriya azadlıq partiyası üçün böyük uğur hesab edilir. Bu partiya öz tarixi lideri Yorq Haiderin zamanında belə, 27%-dən artıq səs ala bilməmişdi.
Bütün bunlar isə Avropa Birliyində ciddi təlaş doğurub. Belə ki, Avropa Birliyi ölkələrində populist partiyalar güclənməkdədir. Həm də Avstriya azadlıq partiyası, qüvvədə olan ənənə və proqramlarına görə Avropanın ekstremist əhvallı hərəkatları içərisində öncüldür. İkinci Dünya müharibəsindən sonra bu partiya keçmiş avstriyalı millətçilərin sığınacağına çevrilib. Bu millətçilər ya Hitlerin qurbanları, ya da 3-cü reyxin məqsədlərinin sadiq idealistləri olublar. Hazırda Norbert Hoferin partiyanın “demon obrazını” dağıtmağa çalışdığı bildirilir. Bununla belə, ultrasağların “ölkəyə terrorizm gətirən, təcavüzkarlıq edən, insanları öldürən əcnəbilərlə” bağlı şüarları ilə silahlanmaq ona mane olmur. 2010-cu ildə o, millətçiliyin təbliğatı ilə bağlı qadağa haqqında qanunun dəyişdirilməsi ilə əlaqədar çıxış etmişdi. O, ənənəvi panalman təşkilatı olan “Burschenschaft”ın fəxri üzvüdür. Onun kampaniyası “Avstriya hər şeydən öncə” lozunqu ilə çıxış edir. Həm də belə bir fikrə əsaslanılır: “Bizim pullarımız bizim insanlarımız üçündür”.
Onun kampaniyasında Avstriyanın AB üzvlüyü ilə bağlı referendum keçirilməsi də hədəfdir.
Bu baxımdan miqrasiya böhranı Avstriya azadlıq patiyası üçün gözlənilməz dayaq rolunu oynayıb. 2015-ci ildə 8 milyon nəfərdən bir qədər artıq əhalisi olan Avstriya 90 min qaçqını qəbul edib. Bundan başqa, yüz minlərlə qaçqın onun ərazisindən Almaniyaya köçüb”.
Yazıda bildirilir ki, populist ritorikaya keçən ölkənin ən böyük partiyaları miqrantlar haqqında qanun və qaydaların dəyişdirilməsini və sərtləşdirilməsini istəyirlər. Həmçinin avstriyalıların həyat səviyyəsinin yaxşı olmasına baxmayaraq, büdcə kəsiri azalmır, borc artır, artım yoxdur və işsizlik, 2014-cü ildə 4 faiz olmasına baxmayaarq, bu il 10%-ə çatıb. Bu, 1953-cü ildən bəri rekord işsizlik göstəricisidir: “Belə görünür ki, sözügedən partiyanın 35 faizlik səsi populist ritorikaları dəstəkəyən susqun çoxluğun səsidir. İkinci turda ultrasağ namizədin qalib gəlməsi perspektivi digər siyasi gücləri susdurub.
Bu gün bəzi müşahidəçilər populistin prezident postuna namizədliyini və şanslı olmasını 2-ci Avstriya Respublikasının sonunun gəldiyi ilə yozurlar”.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info