KİV-lər intiharlarla bağlı xəbərləri az və qısa formada təqdim etməlidir
Tarix: 24.05.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər





“Təhlükəsiz internet liqası”:
“Mətbuatda belə halların ssenarisinin aydın şəkildə yayılması intihar hallarının sayının çoxalmasına səbəb olur. Belə hallarla bağlı nə qədər çox xəbər yayılırsa, o qədər də çox intiharlar baş verir”

Dünya mediasında intihar, ölüm halları ilə bağlı ətraflı informasiyanın yayılması ilə əlaqədar mübahisəli məqamlar var. Ekspertlərin bir çoxu belə informasiyalarn yayılmasının əleyhinə olsa da, bu hadisənin xəbər mahiyyətli olması ilə bağlı cəmiyyətdə geniş rezonans doğurduğunu deyərək belə xəbərlərin yayılmasının tərəfadar olanlar da az deyil. Belə xəbərlər xüsusilə internet mediada, saytlarda sosial şəbəkələrdə geniş yayılır.
Bizim yerli mediamız üçün də belə hal keçərlidir. Kiminsə intihar etməsi, qətlə yetirilməsi ilə bağlı xəbərlər xüsusilə internet mediada geniş yayılır. Artıq Rusiyada belə xəbərlərin yayılmasının əleyhinə aksiya başlayıb. Rusiyada hakimiyyətə yaxın “Təhlükəsiz internet liqası” KİV-də intihar, özünə qəsdlə bağlı xəbərlərin yayılması ilə əlaqədar tövsiyələr hazırlayıb. Tövsiyədə qeyd edilir ki, jurnalistlər intihar, qətllə bağlı hadisənin fotosunu, qəsdin detalları ilə bağlı, hər xırdalığına kimi xəbər yaymamalı, ən əsası onu çox pis həyat şəraiti və uğursuz həyatla bağlamamalıdırlar.

“KİV-lər intihar hallarını ağırlaşan həyat şəraiti-xəstəlik, iflas, imtahanlarda uğursuzluq, zorakılıqla əlaqələndirməməlidir. İntihar hallarını sosial və mədəni dəyişikliklərə verilən təbii reaksiya, ağırlaşan həyat şəraitindən çıxış yolu, şəxsi problemlərin həll variantı kimi təqdim etmək qətiyyən olmaz”

Liqanın araşdırması nəticəsində müəyyənləşib ki, belə xəbərləri çox vaxt “emosional və dramatik” tərzdə təqdim edirlər. Ekspertlər qeyd edir ki, mətbuatda belə halların ssenarisinin aydın şəkildə yayılması intihar hallarının sayının çoxalmasına səbəb olur. Belə hallarla bağlı nə qədər çox xəbər yayılırsa, o qədər də çox intiharlar baş verir. “Nezavisimaya qazeta” liqaya istinadən yazır ki, hansısa intiharla bağlı detallı şəkildə yazılan xəbərlər həmin formada intiharların sayının çoxalması ilə müşahidə edilir: “Ona görə də KİV orqanlarına məsləhət görülür ki, belə xəbərləri detallarına qədər təqdim etmək doğru deyil. Həmin xəbər sensasiya doğuran xəbər olsa belə, bu məsələdə diqqətli və ehtiyatlı olmaq lazımdır. Belə xəbərləri az-az hallarda, qısa, neytral və xüsusi qabardılmış yarımbaşlıqlar olmadan yaymaq lazımdır. İntiharın yeri və həyata keçirilmə forması haqqında detallı informasiya təqdim etmək lazım deyil.

“Belə xəbərləri az-az hallarda, qısa, neytral və xüsusi qabardılmış yarımbaşlıqlar olmadan yaymaq lazımdır. İntiharın yeri və həyata keçirilmə forması haqqında detallı informasiya təqdim etmək lazım deyil. Yeniyetmələrin intihar hallarını geniş təbliğ etməyə yol vermək olmaz”

Xüsusi illüstrasiyadan qaçmaq lazımdır. İntiharla bağlı xəbər təqdim edərkən təkcə onun sensasiya tonundan deyil, eləcə də onun romantikləşdirilməsi, ideallaşdırılması və haqq qazandırılmasından da imtina etmək vacibdir. İntiharlarla bağlı xəbərlərdə parlaq, mənalı, emosiyalı ifadə formalarından, metaforalardan istifadə etmək lazım deyil. Yeniyetmələrin intihar halları, o cümlədən tanınmış şəxslərlə bağlı özünəqəsdlərə az yer vermək lazımdır, bu kimi halları geniş təbliğ etməyə yol vermək olmaz. Liqa hesab edir ki, KİV-lər intihar hallarını ağırlaşan həyat şəraiti-xəstəlik, iflas, imtahanlarda uğursuzluq, zorakılıqla əlaqələndirməməlidir. İntihar hallarını sosial və mədəni dəyişikliklərə verilən təbii reaksiya, ağırlaşan həyat şəraitindən çıxış yolu, şəxsi problemlərin həll variantı kimi təqdim etmək qətiyyən olmaz. Liqa intihar halları ilə bağlı araşdırma aparan ekspert qrupunun gəldiyi rəyə əsasən 12 maddəlik sənəd hazırlayıb. Həmin sənəddə qeyd edilir ki, hər il Rusiyada 1500-ü uşaq olmaqla 26 min vətəndaş intihar edir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info