UNEC-də konfrans: Azərbaycanın ÜTT-yə qoşulması imkanları
Tarix: 24.05.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) modeli konfransı keçirilib. Tələbələr arasında baş tutan tədbir hər il İsveçrənin Cenevrə şəhərində ÜTT ilə əməkdaşlıq çərçivəsində keçirilir. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi ilə UNEC, eyni zamanda “UNEC Model UN” Klubu və “Oikos Baku” beynəlxalq gənclər təşkilatı olub. Azərbaycanda ilk dəfə keçirilən konfransda ölkənin bütün ali təhsil müəssisələrindən 100-dən artıq yerli və əcnəbi tələbə iştirak edib. UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova konfransın əhəmiyyəti haqda danışıb. Bildirib ki, bu formatda keçirilən tədbirlər tələbələri bir araya toplamaqla yanaşı, onları dünya iqtisadiyyatında baş verən proseslərə cəlb edir, eyni zamanda ÜTT-nin iş prinsipləri ilə yaxından tanış edir və bu sahədə peşəkar kadrların yetişməsinə töhfə verir.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva qeyd edib ki, bu konfrans gəncləri qlobal prosesləri daha yaxından izləməyə sövq etməklə, onlarda təhlil aparmaq və fikir mübadiləsi etmək bacarığını formalaşdırır. “Ticarət potensialının gücləndirilməsi: Qlobal ticarət sisteminin problemləri” və “Ölkə üzrə İşçi qrupu: Azərbaycanın ÜTT-yə qoşulması danışıqları” konfransın əsas müzakirə mövzusu olub. Simulyasiya konfransı zamanı formata uyğun olaraq tələbələr əvvəlcədən onlara verilən mövzular üzrə araşdırma aparıblar. 40 nəfər “nümayəndə heyəti” təmsil etdikləri ölkələrin iqtisadi durumu, xüsusən ticarət əlaqələri və siyasi vəziyyəti haqda fikirlərini bildiriblər. Təmsilçilər qlobal ticarətdə yaşanan problemləri və onun həlli yollarını araşdıraraq, tədbirlər planı hazırlayıblar. Digər tələbələr Azərbaycanın ÜTT-yə qoşulması üzərində iş aparıb və təkliflərini çatdırıblar. Daha sonra nümayəndələr ÜTT-yə qoşulmaq üçün tələb olunan şərtləri, qarşıya qoyulan öhdəlikləri müzakirə edərək, diskusiya xarakterli debatlar aparıblar. Konfransının sonunda iştirakçılar şərti deklarasiyalar qəbul ediblər. Sənəddə Azərbaycanın ÜTT-yə qəbul olunması üçün təkliflər səsləndirilib. Quruma qəbul olmaq üçün 15 il ərzində ölkə iqtisadiyyatı neft-qaz ixracından asılılığı minimuma endirməli, qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı və turizmə diqqət artırılmalıdır. Tələbə-mütəxəssislər təklif ediblər ki, ölkədə ticarətin liberallaşdırılması təmin edilməli, gömrük məsələləri sadələşdirilməli,qanunvericiliyinin ÜTT standartlarına uyğunlaşdırılması təmin edilməlidir. İki gün davam edən konfransın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub. Azərbaycan təmsilçisi Eltac Rüstəmli və Oman təmsilçisi Ülvi Ocaqlı “Ən yaxşı təmsilçi” sertifikatı ilə təltif edilib. “Ən yaxşı nümayəndə heyəti” kriteriyasında İsveç təmsilçiləri fərqləniblər. Qalib nümayəndələrdən iki tələbə isə 2017-ci ildə İsveçrədə keçiriləcək “Beynəlxalq Model WTO” konfransında iştirak etmək hüququ qazanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info