“Bakı, Dünya Xəbər Agentliklərinin V Konqresinin paytaxtı olacaq”
Tarix: 24.05.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Bu ilin noyabrında Bakı, Dünya Xəbər Agentliklərinin V Konqresinin paytaxtı olacaq”.
Bu sözləri dünən Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası ilə bağlı jurnalistlərə müsahibəsində Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib. MixailQusman son illər Azərbaycanın irimiqyaslı ictimai, siyasi, mədəni tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini və bu il noyabrın 16-17-də məhz Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcəyini diqqətə çatdırdı. “Bütün dünya agentliklərinin rəhbərləri, dünya informasiya axınına cavabdeh olan, informasiyanın məsuliyyətini daşıyan insanlar Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak etmək üçün Bakıda toplaşacaqlar. Konqresin Bakıda keçirilməsi faktı bütün peşəkar dünya informasiya birliyinin azərbaycanlı həmkarlarına, o cümlədən AZƏRTAC-a inamının sübutudur. AZƏRTAC irimiqyaslı informasiya birliklərinin - Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) çox fəal üzvüdür. Dünya Xəbər Agentliklərinin bundan əvvəlki konqresləri Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib. Azərbaycana inamın nəticəsidir ki, növbəti Konqresin harada keçiriləcəyi müəyyənləşdirilərkən Ər-Riyad toplantısında gizli səsvermədə çoxluq tədbirin məhz Bakıda təşkil olunmasını dəstəklədi. Bu, Azərbaycana böyük inamın təsdiqi idi”. TASS-ın baş direktorunun birinci müavini bildirib ki, Azərbaycanda media açıq və azad şəkildə fəaliyyət göstərir. AZƏRTAC Azərbaycan mediasının flaqmanıdır. Düşünürəm ki, Konqresin Bakıda keçirilməsi digər vacib tədbirlər arasında çox parlaq bir hadisə olacaq.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Gürcü ekspert: Ermənistan Dağlıq Qarabağdan getməlidir, bu, Azərbaycanın tarixi torpağıdır
30.09.2020
Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu
29.09.2020
Gürcü ekspert: Dağlıq Qarabağ birmənalı şəkildə işğal olunub
27.09.2020
Gürcü ekspert: Ermənistan hakimiyyəti qırmızı xətti keçib
25.09.2020
Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info