Almaniya şirkəti Azərbaycanda iri logistik mərkəz yaradacaq
Tarix: 24.05.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Məqsəd Çindən gələn yüklərin burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanmasıdır
Çindən gələn yüklərin Azərbaycanda cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanması üçün burada iri logistik mərkəz yaradılacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu barədə razılıq Türkiyənin İstanbul şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti ilə dünya logistik bazarının liderlərindən olan, Almaniyanın DHL şirkətinin nümayəndələri arasında baş tutan görüş zamanı əldə olunub. Görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər. Qarşı tərəfdən görüşdə DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnanc, şirkətin Çin üzrə baş icraçı direktoru Stiv Huanq və digərləri iştirak ediblər. Görüş zamanı Azərbaycanın nəqliyyat potensialı, ölkəmizdə tranzit və yükdaşımalar sahəsində əldə olunan uğurlar, bu sahədə həyata keçirilən iri infrastruktur layihələr diqqət mərkəzində olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıqdan danışarkən, Azərbaycanda iri logistik mərkəz (“hab”) yaradılması haqda razılığa gəliblər. Həmin “hab” vasitəsilə Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır. Görüşün sonunda tərəflər arasında niyyət protokolu imzalanıb. Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistuk bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində, 120 min şəhərə yük çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
21.09.2020
“Ermənistan rəhbərliyinin təhrikçi əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurur”
21.09.2020
XİN: Sərhəddə törədilən qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır
21.09.2020
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
21.09.2020
Ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info