Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi yeni layihəyə başlayır
Tarix: 24.05.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi “YENİ HƏDƏFLƏRƏ DOĞRU” vətəndaş həmrəliyinin gücləndirilməsi layihəsinin icrasına başlayır. Təşkilatdan verilən məlumata görə, Azərbaycan Respublikasının son zamanlar həyata keçirdiyi genişmiqyaslı və fundamental islahatlara vətəndaş cəmiyyəti tərəfindən zəruri dəstəyin təmin olunması formalarının öyrənilməsi, həmçinin praktiki səviyyədə nəzərdən keçirilməsi layihənin əsas ideyasıdır. Həmçinin islahatlar nəticəsində əldə etdiyimiz nailiyyətlərin ictimaiyyət arasında təbliği sahəsində aparılan maarifləndirmə işlərini gücləndirməkdən ibarətdir. Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq və layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, layihənin həyata keçirilməsində müəyyən istiqamətlər seçilmiş, qrafiqə uyğun olaraq, müəyyən olunmuş istiqamətlər sahəsində 3 konfrans keçiriləcəkdir. Layihə ilə eyni adlı - “YENİ HƏDƏFLƏRƏ DOĞRU” vətəndaş həmrəliyinin gücləndirilməsi konfranslarında QHT təmsilçilərinin, gənclərin, mətbuat nümayəndələrinin iştirakı planlaşdırılır: “ Konfranslar Bakı, Gəncə və Quba şəhərlərində keçiriləcək. Konfranslarda sosial, iqtisadi, siyasi və s. islahatlar və bu islahatların əhəmiyyəti, genişmiqyaslı islahatların vətəndaş cəmiyyətinin inkişafındakı rolu və cəmiyyətin həyata keçirilən islahatların icrasına münasibəti müzakirələr aparılacaq. 3 ay müddətinə həyata keçirilən layihə zamanı müxtəlif internet aksiyalar da təşkil olunacaq”. BMAM sədri Rufiz Qonaqov bildirib ki, layihənin həyata keçirilməsi ilə ictimaiyyət siyasi sistemin həyata keçirdiyi sosial, iqtisadi, siyasi və s. islahatlarla daha yaxından tanış olacaq: “ Keçirilən genişmiqyaslı islahatlar vətəndaş cəmiyyəti birlikləri həmçinin individual şəxslər arasında daha da effektiv formada təbliğ olunacaq və vətəndaş cəmiyyəti ilə siyasi institutlar arasında qərarların qəbul edilməsi və icrası mexanizmində yeni əlaqələrə nail olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Patriarx Kirill Bakıya səfər edəcək
11.11.2019
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11.11.2019
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
09.11.2019
Azərbaycan bölgədə və ondan kənarda müxtəlif iqtisadi əməkdaşlıq səylərinə hər zaman dəstək verir
09.11.2019
“Azərbaycanın hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunub“ -VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info